47. HƏZRƏT ƏLİ VƏ YEZİD
Yezidnən imamların davası düşəndə bı imamlarımızın hamısı qətl olur. Göydən vəhy gəlir Əliyə. Əli Allahın pəhləvanıdı, şiridi. Əli düşür bı Yezidin qoşununu qırmağa. Qıranda Allah-tala Cabreyildən vəhy göndərir. Cabreyil buyruxçudu. Göndərir ki, get, Əliyə denən ki, hamını qırıf qutarmasın, yer üzündə adam qalmaz. Gəlir Cabreyil Allah-talanın sözünü bına çatdırır. Deyir:
– Yox, and içmişəm Əbəlfəzin qələm olan qollarına, atımın üzəngisinə qan çıxıncan bı Yezidin qoşununu qırajam.
Orda Cabreyil genə gedir Allah-talıya deyir ki, bəs Əli belə deyir. Allah-tala orda bir al yağış tökür. Yağış başdıyır, sel-su qalxır, qannı su qalxır Əlinin atının üzəngisinəcən. Orda əl saxlıyır. Əl saxlıyannan sora bırda belə qərara gəlillər ki, Yezidnən Əli təhbətəh görüşsün. Bıllar çıxır meydana. Yezid deyir:
– Qavaxjan sən qaldırırsan qılınjı vurmağa, yoxsa mən?
Əli deyir:
– Allah saa nəhlət eləsin, biz fürsəti qavaxça duşmana verrih. Sən qaldır vır.
Qaldırır qılınjı, Əlinin başına vıranda Əli qalxanı qaldırır, qılış sürüşür düşür. Əliyə heş nə olmur, bir ziyanı dəymir. İndi Əli qılınjın qaldırıf vıranda Yezid dimməz duruf. Deyir:
– Nə hiss elədin?
Deyir:
– Bax, barmağımın başı göynədi, bir də dilimin ucu. Qaldır qılıncı vır da bir də.
Deyir:
– Allah saa nəhlət eləsin, atı tərpət.
Tərpədəndə atı, yarı şakka olur: yarı şakkası bir tərəfə düşür, yarı şakkası bir tərəfə. Yezid orda cəhənnəmə vasil olur.
Dostları ilə paylaş: |