Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə5/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   2   3   4   5   6   7   8   9   ...   238
5. OVUN İNSANA DÖNMƏSİ
Bizim kəndimizin bir ağır seyidi varmış. Bir gün olur bının av meylinə düşür. Deyir bir çıxım ava. Bir dənə də oğlan düşür bının dalınca. Deyir:

– Seyid, mən də sənnən gedim.

Deyir:

– Yox, ola bilməz, sən gəlməginən.



Gedir çıxır bir təpənin başına. Nə çarə eliyir, bı oğlan qayıtmır. Deyir ki, sən məni qaytarırsan, mən qayıtmıyacam. Mən də sənnən gedəcəm. Deyir ki, yox, mən tək getməliyəm. Bu belə deyəndə, bı oğlan bir az daldalanır, yolunu dəyişir, başqa yolnan gedir.

Qurban olum, bı seyid çıxır bir təpədə durur. Bı təpədə du­ran­nan sora görür ki, bir dənə qəşəh, yekə bir əlih gəldi durdu bu­nun qabağında. Tüfəyi sazdıyıb bına tuşduyanda bı əlih çevrilib olur bir gəlin. Möcüzədi də bı, qurban olum Allaha. Bir də isdiyir tüfəyi çək­sin düzəltsin, bı olur əlih. Üş dəfə bı tüfəyi nişan alanda bı əlih gah olur bir gəlin, gah olur əlih. Bı oğlan da – bunun dalınca gələn oğlan keçir bunnan irəli. Qurban olum Allaha, qismətdən artıx ye­mək olmaz. Görür ki, tüfəh səsi gəldi. Bı seyid bı əlihnən o qədər əl­ləşir ki, bı gah gəlin olur, gah əlih, tay bezir. Tüfəh səsi eşidəndə gedir səs gələn tərəfə. Deyir:

– Gedim görüm bı nə səs idi.

Gedir görür haman bının dalınca gələn oğlandı. Bir dənə qəşəh əlih vırıb, soyur. Deyir:

– Bəs sən hardan gəldin?

Deyir:


– Bəs sən məni qovdun, buyankı yolnan getdim.

Deyir:


– Səhərdənnən mən qalmışam o təpədə. Bir əlih görmüşəm, olub gəlin, olub əlih. Qalmışam əlində. Demə, elə qismət səninki imiş. Mən niyə belə elədim? Mən səyf elədim sənə dedim ki, gəl­mə. Elə qismət sənin imiş. Sən ki şikarı vurdun, gedək bını bölək.

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin