Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə50/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   46   47   48   49   50   51   52   53   ...   238
PİRLƏR VƏ OCAQLAR HAQQINDA
52. HACI QARAMAN
I mətn

Allahın məsəli əla Məhəmmədin və ali Məhəmməd. Ya Allah, sən hamımızın işin oand*, cəmi şərlərdən uzağ elə, isdiyənnərnən hamılıxca bir yerdə şaddığ elə, mehribançılığ elə. Hajı Qaraman babıya, elə bil ki, o vədə deyiflər ki, harda çəliyin dursa, orda bina salassan, əv tikəssən. Həə... İndi Hajı Qaraman baba da cəleyvatan-mış dana. Hajı Əhməd addı bir kişi varmış, varrı kişiymiş, gəlir mının yanına. Kişi görür ki, bı yad adamdı. Deyir:

– Bala, elə bil qərib adamsan, gəl qonağ ol.

Gejə qalır bıllarda. Görür kü, bir qız uşağıdı, elə yerdə yatılıdı. İndi bı qızın anasınnan soruşur ki, ana, o uşax niyə yatılıdı. Deyir ki, bala, xəsdədi qılçalarınnan, yeriyə bilmir. Deyir ki, bir istəkan su gətir, oxuyum, ver ona, işsin.

Həmişə onu gejə anası çıxardırmış çölə. Hə, indi ana gəlir görür kü, qız özü çöldən gəlir. Deyir ki, bala, sən nətər oldu ki, çıxdın çölə. Deyir ki, o, suyu içənnən sora elə bil ki, şəfa gəldi. Hajı Əhməd deyir ki, gəl bırda ol, bı qız da sənin şifannan yaxşı olub, qızı verəjəm saa. Qızın da adı Yetərmiş. Hə, qızı alır, gedir. Orda indi dam tikdirir özünə. Damı tikdirəndə gəlin görür ki, gündə bı damın bir tərəfinnən nəysə göyərir, bitir. Bı bını daşıyır, tökür çölə. Yoldaşı əvə gələndə deyir ki, axı mən belə bir möcüzə görmüşəm. Bu nədisə bitir, ha tökürəm çölə, genə də bitir. Deyir ki, onu tökmə çölə, qoy görəh nə bitir. Bırda yekə bir ardıc ağacı bitir. İndi bı kişi damı sökür, ayrı yerdən tikir. Sora bı varranır, özünə pəyə tikir, onnan sora məçid tikir, hər şərayitini düzəldir. Üç oğlu olur; İbrahim Çələbi, Məhəmməd Çələbi, Mustafa Çələbi. Bircə dənə də qızı olur. Mının da adı Mərziyə. Yekəlillər, əmələ gəlillər, əvlənillər. İndi bı arvat deyir ki, a kişi, maa sən mehir verməmisən axı. Deyir ki, gedəh, – elə bil ki, Hajı Qaraman babanın damınnan bir az əynə, – orda saa bir mehir yeri gösdərəjəm. Gedir, balaca bir çala varmış bırda, “bismillahi-rəhmanı-rəhim” eliyir, əlini uzadır ora. Bıra olur dərin bir quyu. Deyir:

– Bax, bı quyunun suyu qiyamatacan sənin mehrindi. Bu quyu qiyamatacan qurumuyajax.

Hə, indi Allahdandı da, mının qisməti olub. Hə, indi, qiyama-tacan bu su qurumur, elə həylə balaca quyudu. Onnan sora Allah-tala maralları bına urza verir, süd verir. Qızı deyir ki, ata, beyjə gördüm, qərif yerdən – Arazın qırağınnan bizə qonax gəlif. Papurus çəkdilər, iyi burnuma gəldi. Gözdüyüllər, görüllər ki, iki kişidi, bir də bir qa­dın, bir də bir uşax. Bı xəsdələnif, bını gətiriflər bıra. Deyir, indi bılla­ra gətirif qatıx qoyullar, üzüm qoyullar, bir də yemiş qoyullar. Deyillər ki, hələ biz belə bir şey görməmişik. İndi kişi ora-bıra baxır – bı qonax gələn, deyir ki, bax bının bırda sağılanı yox, bı südü har­dan alır. Kişi gedir görür ki, arvat duruf bir əz məlhəm bişirir qoyur bir şəlpənin* arasına, sərnici də götürür. Vedrə yox idi, qabaxcan sərnicidi. Sərinci də götürür dərə yuxarı, – ora elə bil ki, dağ yeri kimiymiş, meşəliymiş, – gedir. Dərə yuxarı arvat gedir, gedir, of-of eliyir, marallar gəlir tökülür. Bu məlhəmi də maralın birinin buynuzu çıxmışımış, mına qoyur, sarıyır. Onnan sohra durur sərnici doldurur, sağır, balalarını bir tərəfə ötürür, nənələrini də bir tərəfə. Üsdünə də dua oxuyur, qayıdır gəlir. Deyir ki, hə, bu maral südüymüş, qatığıy­mış, onçun bu həylə ləzzətdidi. Hə, onnan sohra həylə, maralın biri küsür, bu kişinin gözü dəyir dayna, çıxır gedir.

Hə, sora da ona bir kişi şəkk gətirir. Hajı Qaraman babanın böyrünnən keçəndə atdan yıxılır, boynı sınır, elə bırda da ölür. Onu Hajı Qaramandan birəz aralıda basdırıllar. Ora ziyarətə gedən hərə ona bir daş atırdı. Bax, elə həmin o daşın tınqıllığı** nə boydaydı, nə fason­da. Atırdı, bına nəhlət oxuyurdı ki, sən şəkk gətirmisən.

İndi Allah, bala, duasınnan ayırmasın. Bala, o həqqidən də, mö­cü­­zəliymiş. Hə, indi biz Məhəmməd Çələbinin övlatdarınnanıx, elə bil oğlannarın böyüyü Məhəmməd Çələbiymiş, biz də onun törəməsiyik.

II mətn

Maral buynuz tökən ojax deyərdilər ora. Şıx Hacı Qaraman baba dünyasını dəyişənnən sora marallar gedif orda buynuzdarını vuruf bir-birinə, qırıf töküflər şivən kimi, yas saxlıyan kimi.

O sifdə gəlif çıxıf bizim kəndin yaxınına, Sirih kəndinə. Orda Sirihnən Tatarın arasında bir yerə düşüf. Onun möcüz çəliyi var­mış. Orda Yetər nənə oluf. Onun gözdəri tutuluf. Anası-atası gedif kök alağı eliyirmiş, onu da evdə qoymurmuşdar da, qız uşağı imiş. Onu da aparırmışdar özdəriynən. Qurban olduğum gedif çıxıf ora. Deyif:

– Niyə o uşağa da demirsiniz kömək eliyə?

Deyif:

– Gözdəri görmür.



Deyif:

– Olar, bir gejə mən sizdə qalım?

Deyillər:

– Niyə olmur?

Möcüz çəliyi varmış, verif qıza, gedif bularnan söhbət eliyif. Tezdən də duruf. Buna sütdü aş bişiriflər. Hajı Qaraman çəliyi alan­da belə çəkif gözdərinə, qız ayana, bu yana baxır. İsdiyir anasına deyə, qonaxdan utanır. Bunnan irəli də qızdar ayrı olurdu da. Deyə bilmiyif ki, mənim səsim çıxa yad qonağın yanında. Gedir çalğını götürüf başdıyır qapını süpürməyə. Onnan da həyat yoldaşı olur. İndi Yetər nənəynən onun məzarı birdi.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin