Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə53/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   49   50   51   52   53   54   55   56   ...   238
III mətn

Üş nəfər gəlif İran taydan. Gediflər Hajı Qaramanın evladı Alı Çələbini imtahan eləməhdən ötəri. Olar deyif ki, səhər-səhər o bizə gərəh maral südüynən şirin çay verə, sora bizə yemiş verə, qarpız verə, bizə bir möcüzə gösdərə. Olar gəlif – Hajı Qaramanın damı vardı, xəsdələnənnər orda gedif qalırdı, şəfa tapırdılar, – orda onu imtahan eliyən vaxtı biri deyif ki, bizə möcüzə gösdər. O deyif ki, durun gedəh aşağıda mən sizə möcüzə gösdərim. Gəlifər Hajı Qaraman qavırstannığına. Qar imiş, qış imiş. Deyif:

– Qışda mana yemiş tağı görsət, üsdündə yemiş olsun.

Bu da deyif ki, qavırstannıxnan ağzı oyana gedin. Gedəndə görüf ki... Qabaxlar belə şey yox idi da, qavrın üsdünü götürməh, daş qoymax. Üsdünü torpaxlıyırdılar, gedirdi. Görüf kü, qarın içinnən yemişin tağı çıxıfdı ağzı belə, üsdündə də çiçək, burnu belə yemiş, keçib o biri qavırın üsdünə. Onu gözüynən görənnən sora gəlif deyif:

– Mən uje sənə inanıram. Sən yaxşı övliyasan, sənin möcu­zatını gördüm mən.
IV mətn

Bir dəfə Əmralı gəlir dağdan. Deyir:

– Çələbi, başına dönüm, mənim qoyunuma gənə darışıf, əncamı yoxdu, qoyun qırılır.

Çələbi alaçıx çubuğunnan bir az qopardıf ağardıf belə-belə, üsdünə nə yazdısa, deyif ki, vedrəni doldur suynan, bu ağacı qoy içinə. Qoyunu yığ tapana, qavağını kəssinnər. Çıxdıxca süpürgey­nən götür, çilə qoyunun üsdünə.

Çiliyir, çıxır çöldə çırpınır. Onun özü rəsmən nağıl elədi, qulağımnan eşitdim. Deyir, qoyun çırpındı. O Allahın adı hakqı, süpügeynən arxacı süpürdüh, arxaca od vurduh, gənə yandı. Qoyu­nun birinin də üsdündə gənə qalmadı.
V mətn

Köç gəlif çayda düşüf Sarı yatağın qabağında. Gejə yatıflar. Dan üzü duruf görüflər dəvə yoxdu. Dəvənin biri itif. Axtarıflar, çox axtarıflar. Bir xeyli gəzənnən sora kişi dəvəni tapmır, addıyır gedir Çələbinin yanına. Deyir:

– Ay Çələbi, başına dönüm, axı dəvəni tapmadım.

Deyir:


– A kişi, çox gəzmə.

Havısdıdan Səfər kişi də qoşuluf ona. Deyir ki, get deynən ki, Səfər, dəvəni hara etmisən, ver. Səfər də atı minif on səkgiz gündü bunnan çiyin-çiyinə dəvəni axtarır. Çələbi də deyir:

– Get Səfərə deynən dəvəni ver.

Bu da deyir:

– Ay Çələbi, başına dönüm, Səfər gündə mənnən gəzir dəvəni.

Deyir:


– Gəzdiyinə baxma, deynən dəvəni versin.

Tapılmır. Gedillər ikisi də Çələbinin yanına. Deyir:

– Səfər, dəvəni gejə gətirdin atdatdın, getdi Xumarrı kəndinə. Dəvə Xumarrıdadı*. Kişinin dəvəsini gətir ver. Niyə incidirsən, bir qələtdi eləmisən.

Gəlir orda yıxılır, deyir:

– Əşi, bağışda, sənə qurban olum.

Dəvəni qaytarır, gətirir verir özünə.


VI mətn

Hajı Qasım Çələbi gedir Ənvər paşanın yuxusuna girir. [Ənvər paşa] deyir:

– Ya rəsul Allah, onu maa gösdər.

Gedir işinə-gücünə. Gəlir görür qapıda bir balaca, alçarax kişi var. Deyir:

– Sən kimsən?

Deyir:


– Sən çağırdığın Hajı Qasım Çələbi.

Deyir:


– Mən əhd eləmişəm, sənin başında yığıncax eliyəjəm, qurban kəsəjəm. Mən səni çox isdiyirəm, yuxumda görmüşəm səni. Gördüyümə əhd eləmişəm mal qurbanı kəsəjəm.

Deyir:


– Yox, yox, mən dayana bilmərəm.

Salır içəri, qapını kilitdiyir, gedir. Bunun da əlində heş nə çətin deyilmiş da. Qapını özü açıf çıxıf gedir. Gəlir görür yoxdu.

Amma Hajı Qasım Çələbi görür bunun toplarını boşaltdılar, içinə torpax yığdılar. Tumas dağınnan çağırır:

– Ənvər paşa hey, Ənvər paşa.

Yuxuda hey verir. Deyir:

– Dur topları təmizdə.

Bir də ordan qırx atdı olur, düşür yola. Qadan ürəyimə, gəlil­lər ki, Hajı Qasım Çələbini görələr. Gəlif görüllər ki, bir balaca evdə olur. Deyillər:

– Bu qırx atdı qonax harda qalajax?

Olara da süddü aş bişirir. Balaca qabda bişirir. Süddü aşdan nə qədər qoyur, görür qazan gənə doludu. Bular möcüzəynən qayıdır.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin