Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə68/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   64   65   66   67   68   69   70   71   ...   238
67. ŞIX HƏSƏN
I mətn

Anamın babası arvadına deyir ki, yeznən deyir şıxam. Şıxdı­sa, gəlsin bu kömbədən bir qismət o yesin. Çilə ayıdı, qar-boran vaxdı, özü də gejə. Bu durur arvada deyir ki, dur başmaxlarımı gə­tir. Genə maa əziyyət verdilər. O özü gəlmir ki, onu gətirən gə­tirir. And içir­dilər, hələ kömbə ojaxdan çıxmıyıf, görüllər qapı dö­yüldü. Deyif:

– Uy, üsdünə od tökülməsin, Həsən kişi gəldi.

Duruf qapını açıllar, gəlir.

– Salam-məlöykü.

– Əlöykət-salam.

Döşəh qoyullar, oturur, böyrünə mütəkkə qoyullar, söykənir. Kömbəni ojaxdan çıxardıllar, gətirillər sırfaya. Bir qismət kəsir qo­yur ağzına, itəliyir o tərəfə. Deyir:

– Ay aman, ay dad, bəs sən niyə yemədin?

Deyir:

– Demədiniz ki, gəlsin bir qismət götürsün. Mən də bir qismət götürdüm, da bəs elədi.



Nə mümkün eliyillər qalmır, qayıdır gedir.
II mətn

İki cavan oğlanmışdar onnar. Kəlbəcərdə Mişni kəndi var. Or­da o vaxdı subay malı qışda çölə ota göndərirmişdər. Boğaz malları damda saxlıyırmışdar, subay malı qoruxda otarırmışdar. Naxırçı aparıf otarıf qaytarırmış. İki dənə cavan oğlan subay mal otarırmış. Görüllər göydən bir dənə yaşıl alov burula-burula gəlir. Gəlir düşür bu cavan oğlanın birinin üsdünə. Düşəndə bu, özünnən gedir. Bu söhbət qaynatamın vaxdında oluf. Çox da uzax döylü. Bu özünnən gedəndə yoldaşı başına-gözünə döyür ki, bu niyə öldü. Bu nə idi gəldi düşdü, bunu öldürdü. Qayıdır kəndə gedir. Deyir:

– Göydən yaşıl alov gəldi, düşdü üsdünə, indi ölüfdü. Gəlin onu götürün.

Ağsakqalar gəlif baxıllar ki, ölmüyüf, özünnən gedifdi, sağdı. Ağaşdan nasılka düzəldillər. Döşəh, yorğan-zad qoyullar, bunu qo­yul­lar nasılkanın üsdünə. O matəm ağacı mənim yadımdadı. Kəlbə­cərdə uşağ idik, gedib divində oynuyardıx. Divində mərsiyə deyər­dilər məhərrəmlihdə. Sınaxlı bir ağac idi. Gətirif bura qoyullar. Bunu gözdüyüllər. Bilirlər ki, sağdı da. İndi azmı çəkir, çoxmu çəkir, bu ayılır. Ayılanda duruf qaçır. Qaçanda deyillər ki, bu dəli oluf. İsdiyillər ki, bunu tutsunnar. Bir nəfər ağsakqal olur, deyir:

– Dəymiyin, işiniz yoxdu onnan. Qoyun görəh hara gedir.

Gedir qəbirstannıxda uzanır bir qəbirin içində. Bunu qıraxdan gözdüyüllər. Bir xeylaxdan sora baxıllar ki, qışın çiləsində qar, buz burdan, əlində bənövşə dəsdəsi duruf gəlir. Onda ona vergi verilir, hər şeyi də bilirmiş.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin