69. KƏBLƏ FƏRZALI
Babam Kərbəlayı oluf. Onun bir kirvəsi varmış, o da Kərbalıymış. Babam bir gün arvadına deyir:
– Fatı.
Qocamın adı Fatıdı, nənəmin. Deyif:
– Nədi Fərzalı?
Deyif:
– Gedəjəm bir Kəblə Bəşirnən söhbət eliyim, gələjəm axşam.
Qocam da yığıf, yığışdırıf, bu Kəblə Fərzalı babam gedif Kəblə Bəşirgilə. Qədimidən o oğlunu qoyuf bının qucağına, bı da oğlunu qoyuf onun qucağına. Mənim babamın dörd oğlu varmış, onun da dörd-beşdimi bilmirəm. Kirvədilər, qədimi kişidilər. Mənim babamın qədimisi Ağdamnandı. Babam gəlif görüf bıra gözəl yerdi, dəvlətdidi, qocamı da bəyənif, elə bırda qalıf. Onnan da sürüsü, malı, devləti aşıf-daşıf. Sora Kərbəlaya gedif bizim kətdən – Xannı kəndinnən. Duruf gedif. Kəblə Bəşir deyif ki, Kəblə Fərzalı gəlif, dubara gətirin kəsin. Bınnan irəli qoyunnarın içinə bir dubara qoyardılar ki, sənin kimi bir dost gələndə dubara kəsilsin. Day qoç, erkəh, qoyun bılar qədimi ətdi. Dubara böyün qoyun doğuf ha, quyruğu olurdu bu boydana, onu kəsirdilər. Adam yolluyuf, gedif çobanın yanına. Çoban gətirif bir dubara varmış, verif bına ki, get. Bı dubaranın da anası xəsdələnif ölüf, onu keçi əmizdirif. Mənim babam Kəlbə Fərzalı gedif, bını gətirif kəsiflər, şiş kavav eliyiflər, yeyiflər, içiflər, danışıflar, sööbət eliyiflər. Mənim babam duruf gəlmağa. Deyif:
– Kəblə Bəşir, uşaxları yolla atımı gətirsin, mən gedim. Fatı mənnən indi niyarandı.
Duruf bu gələndə deyif ki, Kəblə Bəşir, mənim qarnım söz qavı dəyil. Mən getdim, day demə ki, Kəblə Bəşir mana dübara kəsdi. Deynən bir çəpiş kəsdi. Səni iyid öləsən, kişi. Deynən, bir çəpiş kəsdi. Babam atdanır gedir. Deyir, tay sözümü dedim. Kəblə Bəşir adam yolluyur ki, gedin çobana deyin gəlsin bıra, görüm Kəblə niyə belə dedi. Ona fikir ver e, nənən qurban, ona fikir ver ki, babam nə çoxbilmiş imiş. Kəblə Bəşir deyir:
– Çoban, mən saa demişdim çəpiş yolla? Sən niyə çəpiş yollamısan?
Deyir:
– Kərbəlayı, a sənin başına dolanım, sənin dubaran oydı, onu da yolladım. Sizin qızıl qulaxlı qoyunun balasıydı. Anası öldü, o qoyuna tutdux, bu keçiyə tutdux, dübaralıx elədih qoşdux heyvana. İndi bircə karrı o dübaraydı, onu da yolladıx sizə.
Deyir, Kəblə Bəşir iki əlini qaldırıf çırpır başına:
– Vay evi yıxılan mənəm, oğlu ölən mənəm, gör, ətin dadınnan bilif ki, heyvan keçi südü əmif.
Dostları ilə paylaş: |