74. GƏLDİM QAYASI*
Deyillər, qayadan hər axşam səs gəlir. Deyir ki, gəldim, gəldim, gəldim. Bir gəlin inək sağırmış. Bir gün deyir ki, əşi, gəldin, gəl da, cəhənnəmə gəl. O dəyqə həmin qaya uçur, gəlini inəkli-zadlı basır öldürür. Minkəndə sarı gedəndə həmin ocaq görünür. Köhnə dam kimi kümbəz idi. Dərənin içində, çala kimi yerdə yerləşirdi. Ordan keçəndə deyirdilər ki, ora ocaxdı, pirdi. Bəs belə bir hadisə oluf.
75. QAYB OCAĞI*
Qeybinnən yaranmış ojağ oluf. Göbəyinnən bir dənə ərik ağacı çıxıf. Hər gedən bir haftafa su aparır, o ağacı suluyur. Qayb ojağında metr yarım boyunda sal daşı vardı, “dalax daşı” deyirdilər ona.
Novruz bayramında at çaparmışdar. Bir dənə oğlan atı minir mərcnən ki, sənin atın mənim atımı keşsə, yəhərri-zadı düşüf verəjəm sənə. Həmən cavan uşağ gəlif bunu keçif gedir. Çıxardır naqanı, o daşa bir güllə çaxır. Güllə dəyir, daş ortadan carğanaxlıyır. O daşa güllə atdığına görə, onun bir tərəfi quruyuf qaldı. Öldü həmən adam.
Saatlı rayonundakı qaçqın şəhərciyində məskunlaşmış Füzuli rayon sakinindən qeydə alınıb.
Dostları ilə paylaş: |