77. XOÇAZ QAYASI
Xoçaz qayası vardı. Guya yolnan gedən adam gəlif bir qoyun otaranın yanına. Deyif ki, qardaş, atalarda məsəl var, ajdın çobana sarı get, yoruldun karvana sarı. – Karvanın imkanı olajax, at-eşşəyi olajax, səni üsdünə qoyuf aparajax. Çoban çörəyi də olmasa, qoyunnan-keçidən birini sağıf verəjəh. Ona görə deyiflər ki, ajdın çobana sarı, yoruldun karvana sarı get. – Deyif ki, ajdığım var. Deyif ki, vallah, qardaş, üsdümdə çörəyim yoxdu, bu qoyunun yiyəsi də elə biəzab adamdı ki, burdan bir quruşqa saa qoyun südü sağıf versəm, məni gedəndə öldürəjək. Mən nökər adamam.
Bu, guya üzünü çevirif qivləyə, deyif:
– Allahdan arz eliyirəm, sizin qoyun daşa dönsün burda.
Mən gözümnən gördüm. Hardasa xeylax qoyundu daşdan, qoçdu, quzudu – hamısı məlumdu. Çoban, mal, at, it – hamısı daş oluf. Qarıqışdaxnan Xoçazın arasında yerləşir.
Dostları ilə paylaş: |