Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə8/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   4   5   6   7   8   9   10   11   ...   238
8. HAL HAQQINDA
I mətn

Kənt yerrərində belə bir adət var ki, öz şəxsi mal-qaralarını aparıllar, yaylım deyillər, yaylıma. O kişi də götürüp aparmışmış yaylıma. Malları ötürür, özü daxil olur zəmiyə ki, sünbüllərdən bir az dərsin. Sütül vaxdı yeməli olur. Sütülü yesinnər, ya uşaxları yesin, ya özü yesin. Daddı olur sütül. Bu vaxt görür kü, bir çılpax qa­dın üzü o tərəfə oturup, döşdərini, necə deyəllər, sığallıyır. Bun­nan irəli keşmiş babaların böyründə sancağı olarmış. Çıxardır onun yaxasına taxan kimi bu tərpənə bilmir. Deyir:

– Allah saa insaf versin, məni sən niyə yolumnan elədin, indi uşaxlarım ağlıyacax.

Artıx çevrilir olur adi bizim kimi bir insan. Demiyəsən, bu mələyimiş. Gedir görür bu mələhdi, haldı. Sora heyvannarını da götürür, onu da götürür gəlir. Camahat eşidir belə-filan…

– Ə, bu nə hak-hesabdı?

Deyir:


– Ay camahat, gəlin. Bəs Allah tərəfinnən qayıb olan bir dənə halı tutmuşam.

Bu hala nə deyillər onu tərs eliyir. Get odunu gəti, suyu gəti­rir, suyu gəti, odunu gətirir. Tərsinə iş görən bir halıdı. Ancağ iş görən idi. Deyim iş görmürdü, yox, iş görən idi. Bunu işdədillər bir ay, iki ay. Camahat axırda xayiş eliyir ki, Allaha acıx gedər, bunu burax getsin.

Deyir:

– Yox, elə hazır mənim üçün işçi qüvvəsidi.



Bunu buraxmır. Sora günnərin bir günü bunnar çəkilip, tay görür bu örgəşip bura, harasa gedillər, bağa, ya haramı, evdə böyüh­lər­dən qalmıyıp. Uşağa deyir ki, bala, bala, bunu aç, gətir bu tərəf­dən bağla. Uşağı alladır. Bilir ki, uşağı allatmağ olar da. Uşax da tez deyir:

– Hə, hal xala, olar, yaxşı.

Yaxınnaşır, elə bu zadı çıxardan kimi hal yox olur. Kişi gəlir, arvat gəlir, deyir:

– Ə, bunu kim belə elədi?

Uşax dedi:

– Bəs bunu mən elədim, bilmədim, belə elədim.

Beləliknən, hal aradan çıxır. Deyilənə görə, gedir qarğış eli­yir. O adamın, onu tutup gətirən kişinin var ha, onun evində yeddi il ağır yoxsulluğ olur, pis hadisələr baş verir, arvadı irəhmətə gedir, oğlu vaxtsız irəhmətə gedir. Varı-zadı hamısı əlinnən çıxır onun qar­ğışına görə. O mələyimiş, onnarın qarğışı yaman bərk olur. On­nan sora hamıya yayılır ki, həqiqətən də, belə varlıxlar var həyatda.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin