II mətn
Bir qadın olur, uşax dünyaya gətirir. Qapıdan çıxanda bu gəlinin, elə bil, hal ciyərini çəkip götürüp gedir. Hay düşüp kü, gəlin öldü. Uşax qutarannan sora gəlin öldü. Mənim babam tüfəyi götürür, gedir suyun üsdünə. Deyir, indi hal harda olsa, gələcəh suyun üsdünə. Gözdüyür, görür hal budu, gəlir, bu gəlinin içini-içalatını çıxardıp, alıp qucağına aparır ki, suya çəhsin, yesin. Suya çəhməmiş tüfəyi tutur. Deyir ki, çəhmə suya, hardan gətirmisən apar qoy ora. – Bu gəlini götürüllər ölü yerinə, bunu kəfənnəsinnər da, ölüpdü. – Deyir:
– Apar, daxil elə yerinə.
Daxil eliyir yerinə. Bir sahatdan sora bu gəlin ayılır. Gəlip deyir ki, baba, sən neylədin?
Deyir:
– Mən bildim bunu hal çəkib, aparır suya çəhməyə. Bu suya çəhsə, gəlin dirilmiyəcəh, öləceydi. Onun qabağını kəsdim mən, qəytərdi gətdi daxil elədi yerinə, o gəlin durdu, ayıldı.
Məclis dağıldı. Dedilər ki, sən sınanmış bir ocaxsan, saa heş kəs toxuna bilməz. Sənə inandıx. Bu gəlini qaytardın dünyaya.
III mətn
Babam keçənin üsdünü qırlıyıf, sarıyıf atın belinə. Hal atı minəndə onu tutuf. Özü də qadınmış. Dağdan gəlif arana, aranda qalıf. Bir də dübarə dağa gedəndə Qannı göl deyirih biz – rəhmətdih dədəm söhbət eliyirdi, mən də onda bozbala* gədəyəm, – orda nənəm xəmir yoğururmuş, su çatmır. Gəldi nənəmə dedi ki, gedif göldən su gətirim. Su gətirməyə gedəndə, dədəmin Şirin addı əmisi oluf, buna deyif ki, bu iynəni burdan çıxart, barmağıma tikan batıf onu çıxardım. İynə çıxannan sora özünü atıf suya. Nəkqədər o xəmiri yoğurdular, xəmir qutarmadı. Axırı, deyir, nənəm getdi gölün qırağına. Adını da Firəngiz qoymuşdular. Dedi:
– Firəngiz, biz nağayrax xəmir qutarsın, xəmir qutarmır axı.
Sudan səs gəlir ki, get onnan bir kündə gətir, at bu suya. Bir kündə gətirif atıflar, onnan sora xəmirin dalı kəsilif. Gülgəz nənəmə deyif ki, mən sizə başqa qarğış eləmirəm. Yeddi nəsil evizdən zibil kəm olmasın. Biz hələ dördüncüyük. Onnandı ki, zibilimiz əysik olmur. Lap evdə heş kim olmasın, gedif görürdüh ki, genə ev zibillidi.
IV mətn
Şofer Valehnən rayonnan gəlirdih. Daş Veysəllidə kəhrizdər vardı. O kəhrizin üsdündə ikisi oturmuşdu. Valehə dedim ki, əyə, saxla, gedif onnarı tutax. Maşın saxlamaxnan özdərini buraxdılar suya. Getdih ki, su ləpələnirdi.
Hal nənəsi iri şeydi, canlı arvad kimi. Dodax qəlin, alt dodağı sallanır. Barmaxdan yoğundu dodağı. Tükü-başı hamısı pırpız. Sol döşünü sağ çiyninə atmışdı, sağ döşünü sol çiyninə. Hardasa döşünün uzunnuğu bu boyda idi (qurşağa qədər – top.). Mən onu gördüm. Çılpax idilər.
V mətn
Rəhmətdih qardaşım mənnən böyük idi, onnan gedirdik çayın qırağıynan. Gedəndə gördüm kanalda bir qadındı. Mənim gözümə göründü. Qardaşıma dedim. Dedi ki, orda heş-zad yoxdu. Gördüm belə ağ qadındı, döşdəri bax bura düşüf (qurşağa qədər – top.). Suyun içində oturufdu. Döşdərini suya salıf atır çiyninə. Bu mənim gözümə görüküf. Qardaşıma dedim, dedi orda heş-zad yoxdu. Nə danışırsan?
Dostları ilə paylaş: |