102. ABDAL QASIM ƏMİSİ OĞLUNUN
QİSASINI ALIR
Rəvayətə görə, Avdal Qasım çox qoçax adam oluf. Erməni-müsülman davasında ermənilər onun əmisi oğlunu öldürüllər. Sora gətirif bir axarrı-baxarrı yerdə yekə bir ağaca sarıyıllar. Meyidi ağaca bağlıyıllar ki, Avdal camahatına görk olsun, adamlar qorxsunnar. Sora da Avdal Qasıma sifariş göndərillər ki, əyər kişisənsə, iyidsənsə, gəlif meyidi apar. Avdal Qasım deyir ki, eybi yox, baxıf görəllər aparıram, ya yox.
Avdal Qasım gedif yekə bir iti öldürüf, dərisini çıxardıf özünə yekə bir kürk eliyir. Gejə onu əyninə geyif yavaşcadan sürünə-sürünə ermənilərə yaxınlaşır. Baxıf görür ku, ermənilər kefdədi, yeyif-içillər. Bir az gözdüyür, erməniləri yuxu aparır. Qarolçuya yaxın-naşıf çomağını onun çənəsinin altına qoyuf tüfəngi götürür. Gəlif meyidi açıf, ermənilərdən uzax bir yerə qoyuf təzdən bir də gəlir ermənilərin yanına. Avdal Qasım gəlif ermənilərin hamısını öldürüf, silahlarını da özüylə götürüf aparır. Deyilənlərə görə, bunnan sora ermənilər Avdal Qasımın qorxusunnan Avdala yaxınlaşa bilməyif.
Dostları ilə paylaş: |