103. ABDAL QASIMIN QOÇAQLIĞI
Kəndin axsakqalları danışırdı ki, Ağcabədi ərazisində iki kəntdə bir-birinə tüşmən olan adamlar olup. İndi o tüşmanınnan ehdiyat eliyif heç hara çıxa bilmiyən bir adam – imkannı adamdı, götürüp belə bir şayə yayıp ki, məəm o tüşmanımı kim öldürsə, ona qırx inəh verəjəm. Bını da gəlip Qasıma deyillər ki, bəs fılankəs belə bir söz deyir də. Qırx dənə inəh bir dənə ferma eliyir də, get onu öldür. Deyir:
– Ə, mən ömründə dünya malına tamah salıf adam öldürmə-mişəm. O əyər mərt gəlif desəydi ki, tüşmanımın qorxusunnan çölə çıxa bilmirəm, mən gedif oları ya barışdırardım, ya onu öldürərdim.
Hindi gəlif bına çatdırıllar ki, bəs Qasım belə deyir. Bı Qasıma götürüf bir məhtuf yazıp yolluyur ki, Qasım, bəs belə-belə, mən neçə ildi evdən çölə çıxa bilmirəm, sən bizi barışdırasan, ya onu öldürəsən ki, mən nəfəs alım. Qasım da durur, hazırraşıf evdən çölə çıxanda onun da qardaşı Calal halı olur ki, bına belə bir məhtuf gəlif. Bizdə molla Mansur varıymış, durur gedir onun yanına. Deyir:
– Mansur, bı dəli qızışıf gedir, bı öldürülməli olsaydı, bı adam özü öldürərdi də. Bı gedir, bunu qoyma.
Bı da çağırır deyir ki, Qasım, hara gedirsən? Deyir ki, bəs fılan yerdən məə belə bir məhtuf gəlif.
Deyir:
– Qasım, bilirsən indi sən hara gedirsən? O tanınmış adamdı, yəqin o məşhur qoçudu ki, onu öldürə bilmir də. Sən gedirsən, səni öldürə biləllər axı.
Deyir ki, o maa pənah gətirifdi, ölüm olsa, gənə gedəjəm.
Nəysə, qarşısını ala bilmillər, bı gedir. Qasım deyir onu harda görə bilərəm da. Bilmirəm axı o kimdi, nədi. İndi onun ərazisini mənə gösdər ki, mən onnan harda görüşə bilərəm, qalanı məəm boynuma. Orda da bir bağ varımış. Deyir ki, o səhər-səhər süp namazında gəlir bı bağın içinnən keçir, gedir harda onun dəyirmanı var, o dəyirmana baş çəkir, gəlir. Ancax orda görə, öldürə bilərsən, ayrı yerdə mümkün dööl. Orda da dəsdəsiynən olur, böyründə teloxranitelləri. Qasım gəlir bı bağa, bının yolunu mına gösdərillər. Fırranır, bir böyüh ağac olur, mını bələtdiyir Qasım. Usda adamıydı, gejə gəlir çıxır bı ağaca ki, süp namazında bı gəlip bırdan keçəjəh, onda bını vırmax lazımdı. İndi bı da təhcə dööl, yeddi-səkgiz nəfərin içində olajax, bını seşməh də lazımdı axı bı kimdi. Qasım elə bir yer seçir özünə ki, orda bını güllə tutmasın. Qasım sora özü deyirmiş ki, düzdü, onu öldürdüm, amma heyfim gəldi, adam heylə kəlləli adamı öldürməzdi. Deyir, ağaca yaxınnaşanda deyir ki, ə uşaxlar, bı ağaşdan şüphələnmişəm, bı ağaca hərəəz bir darax patron güllə atın, sora gedəh bıın altınnan keçəh. Bıllar da hərəsi beşatılannan şartaşart döşüyüf, Qasım da elə yerdə duruf ki, munu güllə tutmuyuf. Gəlif o ağajın altınnan keçəndə həmən adama atır, təhcə ona atır, o birilərinə güllə atmır. Bıllar qaçır. Kəndə xəbər aparmax lazımdı ki, bəs fılankəsi vırdılar. Bı da arxayın düşür, bının başını kəsir, salır xurcuna, gəlir. Bıllar evdə hələ yatıflar. Bəyə deyir ki, mən gedirəm, arxeyin nəfəs ala bilərsən, onu öldürdüm. Bəy gülür. Deyir ki, ə Qasım, onu belə hasatdıxnan öldürməh mümkün olsaydı, özüm öldürərdim də. Görəsən kimi öldürüp? Uşağı çağırır ki, ə bala, gəl, axşamnan bir qarpız qoymuşam xurcuna, gəti onu kəsəh. Xurcunu da gətirəndə baş düşür yerə. Baxır bı həmən adamdı. Deyir:
– Qasım, sözüm sözdü, saa qırx inəh verəjəm.
Deyir:
– Məəm heyvan saxlamağa halım yoxdu, piyada gəlmişəm, varsa, məə bir at ver, minim gedim.
Atı alır, minir, hələ getməmiş bu tərəfin adamları durur silahlanır. Bax, o kətdən – Rənşbərlərdən olan adam söhpət elədi ki, mən onda əli tutan cahılıydım, mən də silah götürdüm ki, bə fılankəsi öldürüplər, gedəh qısas almağa. O kəndin ağsakqalı varıydı. Onda indiki kimi dööldü, hamı ağsakqalı eşidirdi. Dedi ki, a bala, belə getməyin, ehdiyatsız gedirsiz.
Deyir:
– Nətər ehdiyatsız, hamı silahlanıfdı.
Dedi:
– Yox, onu Qasım öldürüp, onu hər adam öldürə bilməzdi.
İndi siz Qasımı öldürməhdən ötrü gedirsiz, amma Qasım sizi öldürəjəh. Siz çoxlu cənazə götürün, arava götürün ki, sağ qalannarıız barı meyidiizi gətirsin.
Deyir:
– Bəs neyniyəh?
Deyir ki, mən qavağa tüşüm gedim, meyidizi gətirim. İndi, Qasım silahlanıf. Gəlif oturuf bırda ki, meyidi gəlif aparajaxlar. Baxır ki, ağ bayrax qaldırıf gəlillər. Deməh isdiyir ki, Qasım, icazə ver, meydimizi aparax. Başı da gətirir qoyur, deyir ki, götürün aparın, amma bir artıx səs-küy olsa, meyit çoxalajax bırda. Yanı artıx hərəkət olsa, sizi qırajam arada. Sakitcə meyidiizi götürün gedin. Götürüp aparıp basdırıllar. Beləcə tüşmannığı aradan götürür. Yanı Qasım, təhjə ermənilərə qarşı döyüldü, harda haxsızdıx, ədalətsizdih varıydısa, harda zorakeşdih varıydısa, ordaydı.
Dostları ilə paylaş: |