105. QASIMIN ATICILIĞI
Qasımın həmi sərrast atıcılığı varmış, həmi lazım gələndə hiylə işdətməyi bacarırmış. Deməh olar onda hər süfət varıymış. Yaşdı adamlardan biri danışır ki, kəntdə oğurrux olur, bizim kəndimizdən səkgiz dənə öküz oğurranır. Bala Hüseyin deyirmiş-dər, o da hədyanıymış, ama sərrast atıcıymış. Gəlir deyir ki, Qasım, kəntdə oğurrux oluf, xəbərin var? Deyir ki, yox.
Deyir:
– Səkgiz oküz aparıflar, heş xavarın olmuyuf?
Deyir:
– Əşi, kolannılar aparıf.
Bir neçə adam, o cümlədən Bala Hüseyin də, Qasım da bıllarnan gedir. Hər kəndin bir tanınmış adamı var da, bı kəndin də sayılıf seçilən adamı Maşaxacca oğlu olur. Bu başa tüşür ki, Qasım gəlif öküzdəri apara. Hayatında böyüh bir ağacın altında guya bıllara çörəh verir. Qasım ehmalca bı gələnnərə, yanındəkilərə deyir ki, silahıızı gen qoyun, bıllar bizi qırmax isdiyir, bı çörəh verməh döyül, silahıızı yanıızdan kənar eləmiyin. Oturullar. İndi bılları yoxlamax lazımdı axı. Bir quş gəlir qonur ağaca. Biri atmaca atır ki, o quşu kim vırar? Öz camahatdarınnan, kolannılardan biri deyir ki, ə, onu ancax Maşaxacca oğlu vıra bilər. Başqa biri deyir ki, ə yox, Qasımı çox atıcı deyillər, qoy onu Qasım vırsın. Deyəndə, bala Hüseyin Qasım kimi atıcıya etibar eləmir ki, atar, o yana gedər. Qalxır, hər halda Qasımın bir əz hörmətini qaldırır da. Deyir ki, ə, quş nədi, Qasım quşa güllə ata. Qasım gərəh güllə atanda analar “oğul vay” deyə, bajılar “qardaş vay” deyə. Həm belə deyir, həm də deyir ki, Qasım, quşu nətəər vırım?
Deyir:
– Hüseyin, elə vır ki, baş bədənnən qopuf tüşsün yerə.
Deməli, quş boğazınnan atılmalıdı. Hərriyir quşu vırır, baş tüşür yerə. Patronu çıxardanda Qasım qalxır ayağa, deyir ki, əvvəla, igid anasının adıynan tanınmaz, Maşaxacca oğlu. İkinci, sizin çörəyiizi yeməh də haramdı, öküzdəri gətirin gedəh. Öküzün yeddisini gətirillər, deyillər ki, biri kəsilif.
Deyir:
– Maşaxacca oğlu, adın dünyada çıxdıva baxma, səni aparıf öküz yerinə qoşaram. Öküz bıra səkgiz gəlif, səkgiz də gedəjəyh.
Qasımın hər yerdə hər sözü dediyi var. Yanı başqasının kəndində belə eliyəsən, bu, hasat şey döyül.
Dostları ilə paylaş: |