106. QASIM NECƏ OLUR OĞURLUQ EDİR?
Qasım elə-belə oğul olmuyufdu, Qasımın ilk oğurruğu hakqında nənəm söhbət eliyirdi. Deyir, ona sual verdilər ki, nətəər oldu ki, sən oğru oldun? Deyir ki, uşaxlar aj oturmuşdular. O, orda ağlaşdı ajınnan, bı bırda ağlaşdı. Fikirrəşdim ki, ə, mən nətər kişiyəm ki, məəm uşaxlarım ajınnan ağlasın. Durdum, deyir, əyağa, getdim dəyirmanın yanınnan keçəndə fikirrəşdim ki, gedip dəyirmançını hədəliyəjəm, nağayrajam, mıın unun götürüf aparajam. Gəldim, deyir, dəyirmanın qavağınnan keçəndə gördüm dəyirmanın qapısı bağlıdı. Dəyirmanın donuzduğu deyillər, bir müsübətnən ordan keşdim içəri. Qasımın ağzınnan çıxan söhbətdi, nənəm söhbət eliyirdi. Deyir, bir müsübətnən keşdim içəri, baxdım, gördüm ki, bir xeylax taxıl var bırda hələ üyünməmiş. Çünkü dəyirmançının işi oluf, hara gedifsə taxıllar qalıf burda. Yəələri də var e taxılın. Bırdan, deyir, bir mişox taxılı götürdüm, çıxartdım dəyirmannan, aldım çiynimə, gedirəm, deyir. Bir nəfər çıxıf qavağıma. Deyir ki, ay Qasım, dəyirmannan bəs niyə üyünməmiş aparırsan taxılı? Deyir ki, bı dəyirman işdəmir, aparıram o biri dəyirmana. Apardım, deyir, o biri dəyirmanda da üyütdüm, gətdim töhdüm uşaxların qavağına ki, qoy aj qalmasınnar. Mən deyir, nağarmalıydım. Gördüm zəhmətsiz bəhrədi, başdadım, deyir, oğurruğnan məşğul olmağa.
Dostları ilə paylaş: |