Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə10/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   6   7   8   9   10   11   12   13   ...   230
III mətn

Bizdərdə bir Şəhrabanu vardı. Çox qoja arvad idi. Qaynanam nağıl eliyirdi ki, biri halı tutuf, düz üç il əvində saxlıyıf. Oğlunnan da bir uşağı olup. Əv yiyələrinə deyirmiş ki, mənim uşağımın yüyrüyün altına süpürgə çəhməyin, süpürgə çəhsaaz, ölər. Yoldaşına yalvarırmış ki, səni ant verirəm Allaha, kimi çox isdiyirsan ona, mənim iynəmi çəh, mən gedim, balalarım ağlaşır. Soora iki-üç il onu işdədiflər qapıda, helə saxlıyıflar uşağı da, yekəlif. Bir qammıyan adam əvi süpürəndə yüyrüyün altını süpürüf, uşağ ölüf. Hal elə bil kin, çox yalvarıf. İynəsin çəkiflər dört-beş ildən soora, çıxıf gedif. Elə bil, bunnan irəli dam-zad varımış dana. Çıxıf damın bajasına deyif ki, Şəhrəbanı xala, resbublikada nə qədər tör-töküntun var, onun birinə dəymiyəjəm. Amma əvin zibilli olsun, çualın boş olsun. Ona görə də gün uzunu bir belə əv süpürərıx, gənə zibilli olar bax Allah hakqı. Bir belə qazanarıx gətirərıx, həmişə çörəyimiz az olar, tez qurtarar unumuz, dənimiz, – deyərdi. Bir həylə qarqış eliyif gedifdi.


IV mətn

Məmmətsəfi kəndi var, qonşu kətdi. Orda hal gəlir, evə girir. Evə girəndə bir döşün belə atmışımış, bir döşün belə atmışımış. İri döşdəri varmış. Nəysə, bilən adam gətirir bının üsdünə bir dənə sancax taxır. Sancax taxır, özdəri də gəbə toxuyurmuşdar. Bunu da oturduf gəbə toxutdurullar. Onu tutan tayfıya Məşədilər deerdilər. Çoxdan oluf bu. Tutuf bunu oturdullar, gəbə toxutdurullar, hər bir işi də eliyirmiş. Bir gün gələr ki, mən sizin nəyinizə bərəkəti verim ki, məni buraxasız? O məşədilər də qorxuflar, demiyiflər ki, bizim varımıza, kürəmizə ver. Qorxuflar yaxşı şeylər deməyə. Deeflər ki, külümüzə ver, ojağımızın külünə. Nəysə, day bu bərəkəti də verif. Bir gün evin qızıynan gediflər bulağa, suya. Sənəh götürüf, qız da bir sənəh götürüf, gediflər. Qıza deyifdi ki, sən mənim üsdümnən bu sancağı çəh, mən də sənnən gedim suya, doldurum, gətirim. Qız sancağı çəkəndə o da qeyb oluf. İndi həmin Məşədilərin nə qədər təmizdih eliyələr, neyniyələr (mən olları tanıyıram, qonşu kətdi), evləri zibilli olar. Zibilləri, bitdəri, külləri əysiy olmaz...

Ama halın deellər davanı düşür. Yoldaşımın atasıgilin atı vardı. Onu böyüh yerdə hörühlüyürdülər, at otduyurdu. Soora gəldi, babam dedi ki, mən ordan hal dabanı tapbışam. Əlində belə gösdərirdi, deerdi, hal dabanın salır.
V mətn

Bizim kətdə bir kişi olufdu. Atı ötürərmiş çölə, gedif çöldə otduyuf gələrmiş. Arada bir gün görür kü, at nəysə tərri gəlir. Bu deyir ki, ə, mənim bu atımı kim minər, nolar? Bını çox araşdırır, tapa bilmir. Atın üsdün qırrıyır. Nəsə, bir mələfə atır üsdünə, qırrıyır. Bıy, axşam gələndə görür kü, üsdündə bir dənə kadın gəldi. Kadın haldan olur də, kişidən olmur ku. Hal gəlir. Uje tutur bunu. (Bəlkə də bunu nənəm yaxşı bilir.) Sancağı taxır üsdünə. Halın üsdündə ya iynə olmalıdı, ya sancağ olmalıdı ki, qaşmasın, sənnən itməsin. İndi həmən o ev yiyəsinin adını bilmirəm kimdi, guyə bunnan da evlənir. Hətda bu haldan da bir övladı olur. Adı Bayram olur. Bayramnı tayfası onnan törəmədi. Hə, onnan sora qapını, evi-zadı süpürəndə (bu ev yiyəsinin də bir uşağı varmış) buna çox yalvarır ki, bu sancağı, bu iynəni mənim üsdümnən götür. Uşax da nə bilir? Bunu elə yoldan çıxardır, iynəni götürənnən sora deyifdi ki, əvi süpürəndə süpürgəynən vurmazdar yüyrüyə. Deyir, niyə? Deyir, uşağ ölər. O suya gedəndə qız da qəsdən vurufdu ki, qoy görüm nolur. Ordan o sahat görür kafır çığıra-çığıra gəlif ki, uşağ öldü. Onda kişiyə yalvarıfdı kı, mən tay qala bilmərəm. Uşax da öldü, çıxım gedim. Bulara qarğış eləmiyif. Deyif, yeddi arxa dönəninizə dəymiyəjəm. Mənim iynəmi alın, balamı götürüm gedim. Alıflar, balasın götürüf gedif. Boylu olan kadınnar, o Bayramnı deyilən tayfadan iynədən, sancaxdan alıf vuruf üsdə ki, toxummasın buna.


VI mətn

Zahı yatır, heş kəsi olmur arvadın yanında, təhcə özü olur. Ev damıymış. Hal gəlir, bacadan çağırır, ay kim, (adı yadımnan çıxdı) çölə çıx, maa bir od ver. Camahat, hamı gəlmışimiş kəndə, iclasa. Arvatdakı ürəyə bax ee, belin bağlıyır, çağanı da qoyur yerə, çırax yandırır. Deyir, yen, yen, yen, ala, yen, ala, yen ala. Döşdəri az qalıf yerə dəyə. Əl atır boyunbağısına arvat. Döşünnən tutur bunu o ki var çırpır, boyunbağısını da qırır. Deyir, get, kopahqızı, bir də buralara gəlmə. Hal savax açılıncay gedir, gəlir. Deyir, ver göyərtməmi, ver babaqulumu, ver göyərtməmi, ver babaqulumu. Savağ açılır, kişilər gəlir. Gəlir ki, əyə, qırıf töküf ojağın qırağına, hal da çıxıf gedif. Bu səfər həmin halı o, tova dedizdirif yola salıf. Deyir, elə həmən muncux o arvadın boğazındaydı.




Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin