ETNOQRAFİK MДTNLДR QƏDİM NEHRƏLƏR Tulum ağacı – üçlü çatma demillər, üç qanad, onu asırdılar keçi dərisinnən, onu da tərsinə çəviriv onu boyuyurdular biyan kötüyüynən. Qıpqırmızı olurdu, təbii rənk, rəngi getmirdi. Sora qatığı tökürdülər içərisinə. Onun iki başınnan deşihləri olurdu. Belə də bir ağac olurdu (əliynən göstərir – top.). Uşax yüyrüyü kimi ağacın o başın o deşiyə sancırdın, birin də bu deşiyə, tarım saxlıyırdı da. Soora çalxıyırdın. Yağ çıxırdı. Yağı belə-belə əlini salıb, lomba-lomba çıxardıf qoyurdular qırağa. Onun ayranınnan da hər şey qayırırdılar. Soora nehrə çıxdı. Nehrənin ibtidai formasıdı da.