TAS QURMA
I mətn
Mənim anamın bavası tas qururmuş. Molla Mirzə. O, deyir, cinnəri tutuf qamışa yığırdı. Oxuya-oxuya eliyirdi. Güllər adda bir arvad otururmuş tasda da. Tasda gərəh ürəhli adam otura. Cini görür o. Nə iş görüllər, onu görür o. Hə, o otururmuş, deyir deerdi, Molla Mirzə, Vallah, məni döyüllər, məni incidillər. Güllər arvat deyirmiş. Cinnər məni döyür, məni incidir. Molla Mirzə də yığırmış qamışa hamısın, deyir, basdırırmış yükün altına. Deyir, deyirdilər ki, savaxa qədər bınnarın elə həylə səsi gəlir, çığırışıllar.
Onun, elə bil ki, Molla Mirzə bavamın oğlu dəəsən, gedirmişdər, bir nəfərnən gedirmiş. Deyir ki, ə, gözdə. Görüllər ki, bir gəlin, dağda gəlin sənəynən suya gedir. Deyir ki, gözdə, bı sahatca o gəlini dəli eliyejəm. Bı oxuyur, üfürür, bir də gəlinin gözünə elə görükür kü, bütün dünyanı su alıfdı, bircə təpə görükür. Bınnarı təpə hesav eliyir, bir dağ hesav eliyir. Deməli, tumanı sivirir yığır bırıya (əli ilə dizdən yuxarısını göstərir – top.), yüyürür. Bınnarın yanna gələndə bı oxuyur üfürür, bı dayna... Bı arvat düzəlir. Bı gəlin düzəlir. Qaydır kı, uy, ay qardaş, sən Allah, məni bağışda. Elə bildim dünyanın üzün su alıfdı, eləjə bıra quru görükür. Gəlirdim bırıya, onçun tumanımı-zadı yığmışdım yuxarı. Cadı olufdu, cadı eliyənnər var, bı sahat da var cadı eliyənnər. Bı dəyqədə də var. İntaası da adam... Allah heş bəndəni o cadıya salmasın.
II mətn
Bizim öz kəndimizdə molla yoxudu. Ancax Quran oxumağı bacarannar varıdı. O da təxminən biz Kəlbəcərdən çıxannan bir on beş il qavax, iyirmi il qavax dünyasın dəyişmişdi. Ama yaxşı molla olup bizim kətdə. Tas quran mollalar da varıydı, cindarrar da. Bunnarın işdəriynən bağlı belə bilirdim ki, Kəlbəcərdə üş nəfər yoldaş oluflar. Biri Başdıbel kəndində oluf, Molla Məhəmmət, həmi seyid oluf, həm molla. Biri də bı Kəlbəcərin, belə deyəh ki, sağ tərəfi, bı Ermənisdannan yaxın olan ərazi varıdı. Həmən mollanın biri də ordanıdı. O mənim ağlıma gələn dəyil, mənim yaşımnan qavağ olan söypətdi. Axund olufdu o adam. Yaxşı belə onun möcüzələri oluf, hə, onu danışsam, çox uzun nağıl çəkejəh. Cavan vaxdıymış. Təbrizdə təhsil alıf, gəlifdi. Bı Quranın oxuyuf tərcüməsin eliyirmiş, hər cürə bildiyim işdərdən eliyə bilərəm. Ama günahdı o işdəri eləməh, görməh. Tay-tuşdarı deyifdi ki, səni ant vermişih Allaha, onun birini bizə gösdər, görəh həqiqətən sən bı işi bajarırsan, bajarmırsan? Deyiv, onda ras ki, ant verirsınız, mən belə eliyim. Toyux leləyi gətirin, evdə də mürəkgəvim var mənim, onu da gətisinnər. Gətirif belə. Bu, kəntdən bir qız isdiyirmiş, cavan vaxdıdı da. Kətdən qız isdiyirmiş, bını bilən də varımış, bilmiyən də varımış, bı qızı isdədiyini. Belə dih yoxuş gedir, Qalayşələn25 addanan bir yaylax deyəh da, payız yurduymuş. Qız-gəlin gedirmişdər, səhərnən kəndə gəlirmişdər, axşamnan qayıdırmışdar malı-qoyunu rahatdamağa, sağmağa gamışı-zadı. Hə, bının isdədiyi qız da bıreynən gedir. Deyir ki, ant verdiniz, ama günah eliyirsız. Bı əməli mən işdədirəm, ama bı düzgün iş dəyil. Bırdan, bax bı baş barmağının üsdünnən ikijə hərif yazır, deyir, görürsuuz da ikijə hərifdi. İsdədiyi qız ordan qışqıra-qışqıra, dağın başınnan, belə deyəh ki, bax ode ordan, o dağdan, arvatdan, qızdan aralanır, çığıra-çığıra, “ay haray gəlin, ay haray gəlin”. Bir xeyləh gələnnən sora qəfildən “uf” eliyir. O vaxdı da belə indiki kimi qısa paltar dəyilimiş da, uzun tumannar olufdu. Tumanı belə yuxarı çərmiyir, üsdən aşağı çığıra-çığıra qaçır, kəndə tərəf qaçır. Tez deyir, Allah sizə insaf versin, sizə dedim ki, günah işdədirih da. Belə eliyif, dırnağın yaş eliyif belə, sürtür, təmizdiyir. Həmən axundun adı Nifdalı oluf, ama çox hayıf ki, çox cavan gedif dünyadan. O əməlləri-zadı işdətmiyiv, o. Çünkü Quranda da yazılıf, o, günahdı da, onu eləməh düzgün dəyil. Onnan sohra da inanıfdılar ki, hə, doordan da bı adam tam savatdıdı. Vallah, o vaxdı deyirdilər guya om bir il, yoxsa on iki il Təbrizdə təhsil alıf. Onnan sohra nejə bı akademiyanı-zadı qutarana da akademik deyillər, nə bilim nə deyillər, ona axunt rütbəsi ordan – Təbrizdən gələndə, əmmamə verillər başında. Əmmaməli gəlillər. Kəlbəcərdə də elə üş nəfər getmişimiş, elə üçü də eyni vaxda qayıdıf gəlifdi. Ba belə billəm mən. Hə.
Dostları ilə paylaş: |