VII mətn
Göz muncuğu asırdılar uşaxların üsdünə, qoluna bağlıyırdılar. Ya da duz atarlar ojağa, “çırt-çırt”, görürsən yanır. Üzərrih verərih, onu da bəzəynən (üzərlik yandıranda oxunan şeyiri nəzərdə tutur – top.) verirdi dayna. Üzərrih, pambıx, duz közün üsdə qoyardıx, belə onu tutardığ o azarrıyanın qavağına. Deyirdih:
Üzərrihsən, havasan,
Həzər dərdə davasan,
Səni bu evimə verirəm, balalarıma verirəm,
Bəd nazarın qavasan.
Üzərriyim çırtdasın,
Yaman gözdər pırtdasın.
Soğan kimi soyulsun,
Pambıx kimi oyulsun.
ÜZƏRLİK
-
Üzərrihsən, havasan,
Hər dərtdərə davasan,
Üzərrih dənə-dənə,
Dən düşər dənə-dənə.
Qohum olsa, dost olsa,
Kimin gözü balama dəysə,
Gözü odda yana.
-
Üzərrih dənə-dənə
Çəkilsin hərzə çənə.
Qohum olsun, yad olsun,
Gözü bu odda yansın.
-
Çıxdım Üzərrih dağına,
Dedim Ya Əli!
Dedi: Nədi biçarə?
Dedim: Dərdimə bir çarə.
Atım göydü, üzərrih,
Donun göydü, üzərrih.
Müşgül işim düşüpdü,
Bodu, bodu üzərrih.
Hodu, hodu, üzərrih.
Qohum olsun, yad olsun,
Gözü bu odda yansın.
Qanqal qovuş,
Xata sovuş.
Bunu belə eliyirsən, belə, atırsan ocağa, közün üsdünə. Üzərriyi kimə ki yandırırsan, onun kürəyinə vurup, soora ocağa atırsan.
-
Göz dəyməsin deyə üzərrih yandırılırdı.
Üzərrihsən, havasan,
Yaman dərdə davasan.
Tökülsün o göz ki,
Bizdərə balasan33.
-
Üzərrihlər çırtdasın,
Yaman gözdər pırttasın.
Göydüsə, göy göz pırttasın,
Qaradısa, qara göz pırttasın.
Dostları ilə paylaş: |