Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab


NAĞILLAR BƏNÖYÜŞ İLANA GEDƏN QIZ



Yüklə 3,1 Mb.
səhifə132/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   128   129   130   131   132   133   134   135   ...   230
NAĞILLAR
BƏNÖYÜŞ İLANA GEDƏN QIZ
Üş qız varmış, anaları yoxumuş. Biri deermiş, mən bir oğlana gedəjəm, o biri deermiş, mən bir oğlana gedəjəm. O biri qız da deermiş ki, mən də bənöyüş ilana gedəjəm. Deellər, bıy, başına daş düşsün, ilannan sənin nə işin? Bu, gəbəni toxuyurmuş, deyirmiş, mən bunu bənöyüş ilana toxuyajam. Axırda gəlillər, bu qızı evdən qovullar, deellər, dəli olufdu, qoy gessin cəhənnəmə, ilana niyə gedir, bu? Gedir, yolda durur. Bir ayı çıxır qabağına ki, bunu tutsun. Deer, maa dəymiyin, mən bənöyüş ilanın adamıyam. Ayı boşduyur. Canavara gedir, canavar boşduyur. Axırda gəlir çıxır bu bənöyüş ilanın məsgəninə. Bir də görür kü, sən öl, bıdı, yeri sürtə-sürtə bı ilan gəlir. Fışqırır, qız tərpəmmir. Bu bənöyüş ilan oğlammış, ilan cildindəymiş. Gəlir, deer, qız, nə gəlmisən buruya? Deer, mən bənöyüş ilana gedəjiyəm. Deer, o, ilandı, sən onun nəyinə gedəjəhsən? Deer, noolsun, elə mən də onun yaanda oturajam. O maa nə versə, yəəjəm. Deer, yaxşı, qal.

Günnərin bir günü bu bənöyüş ilan oğlannarı örgədir ki, get denən, bu bənöyüş ilanda nə gəzirsən? İlana niyə gedirsən? Gəl mana, səni götürüm aparım. Bunu sınıyır – qızı. Gəlir deer, ay bajı, burda niyə oturmusan? İlandı, nə qanır, nə bilir o? Deyir, dayanın, burda durun. Bu sahat bənöyüş ilan gələndə sizi taf-taf eliyəjəh, darıxmayın. Cəhənnəm olun burdan. Mən bənöyüş ilanın yoldaşıyam. Bu da gedir, bir ayrısı gəlir. Ona da cavaf verir ki, mən bənöyüş ilana gedəjəm, ayrısına getmərəm. Üçün də belə yola salır. Qız bilmir axı, bu bənöyüş ilan oğlandı. Baxır ki, bir dənə qəşəh oğlan, atdı, tüfəyli, tapançalı, budu gəlir. Salamməleyküm. Deyir, əleyküməsalam. Deer, kimin yoldaşısan? Deyir, bənöyüş ilanın. Deyir, ağız, onnan nə yoldaş olajey? Deer, sana dəxli yoxdu, mən bənöyüş ilanın yoldaşıyam, sənnih dəyil. Aaz, qorxmursan, gejə səni udar? Deer, neyniir eləsin, mən ona gəlmişəm. Bu özüdü ha. Deer, nə qədər eliyir, olmur. Düşür atdan, deer, bənöyüş ilan mənəm. Bu qız özünnən gedir, dəyir yerə. Götürür paltarın da belə gösdərir ki, bax, bu da mənim paltarım, munu geyinirəm. Heylə, ilan ollam, əjdaha ollam. Qız isdiyir ki, aparsın munun cildini yandırsın. Çığırır ki, farağat dur, o saa neyniyir ki? Qorhma, bu mənəm. Qız deer ki, bəs mən qorxuram. Deer, qorhma, geynim bax. Geynir, baxır. Deer, hə, yaxşıdı. Deer, sən nə xoşbax qızsan – maa gəldin. Mən adam axdarırdım, onçun bu cildə girmişəm. Səni ölənətən bu çiynimdə, bu çiynimdə saxlıyajam. Narahat olma. Belə ollar xoşbəx hayat keçirillər, yaşıyıllar orda.



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin