BƏHLUL DANƏNDƏ
BƏHLULUN BƏXŞİŞİ
Bəhlul paççahdı, ama bu qardaşı Danəndədi də. Bəhlul deyif, hər kəs görsə ki, Danəndə gülür, mana gəlsin desin, ona muşdulux verəjəm. Munnan soruşullar, niyə gülmürsən, sana nooluf? Dünyanın varın-döölətin sənnən almıyıflar, niyə belə? Deer, qardaşım çox pisdih eliyif, habelə qorxuram ki, munun ezavını mənnən çıxallar.
Günnərin bir günü bir paççah Bəhlulu toya çağırır. Deer, ə, qardaş, gə, gedəh. İndi bu vəzir, vəkil – hamısı atdıdı. Bu da bir qarğı qoyur qıçının arasına, gedir. Deer, ə, qardaş, at minginən. Deer, hər kişinin öz atı var, sür get. Gəldilər çıxdılar bir qəbirsannığa. Qəbirsannığa gələndə Danəndənin bir yay-oxu vardı. Hərrədi, bir qəbrin başına atdı. Bəhlul dedi ki, dillənmiyin, dəliliyi tutufdu. Gördü ki, burdan oxu atdı, o tərəfdən çıxdı. Sora birin də atdı, qəbir aralaşdı. Kəlləni çıxartdı, bir ox atdı. Bu qulaannan atdı, bu tərəfdən çıxdı, munun kimi. Bir qəbri eşdi, bir kəllə çıxartdı. Qoydu qəbrin üsdünə. Baxdı ki, doludu. Tez bunu sildi, bir qulana bağladı, qoydu bura, bu daldan asdı. Qarğını mindi, bullarnan getdi.
Gələndə bu paççahı çəkillər başa – əynə-bəynə. Bu gəldi əyaxdan otdu. Deellər, paççah sağ olsun, bu qardaşına deynən... Deer, dəymiyin, otuduğu yerdə qalsın. Tay elə bilillər dəlidi bu. Dəlidi? Dəyil. Çörəh-zad gətdilər. Yedilər, işdilər. Danəndə gətirif ətdən-zaddan yığır kuloka, qoydu cibinə. Dedilər, dəymə, dəlidi. Elə bilillər dəlidi. İndi nəmər yazılır. Paççah gətdi, bir onnux saldı. İndi o birsi də bir onnux nəmər yazdırdı. Dedi, indi badnosu gəti buruya. Ev yəəsinə dedi. Badnosu gətirir, gətirəndə deer, çəkiş də gəti. Gətirir. Vurdu, bir ləl axdı töküldü badnosnan bir oldu. Ləl beyinimiş dayna. Ləl şağğ elədi töküləndə, bu qardaşı öldü elə bil. Dedi, əə, gərəh bizə verəydi, muna niyə verdi? Dedi, götü, məəm də nəmərim budu. Ləldi – bir ölkəni satın alan şey verif buna. Hə, indi qalxdılar əyağa. Sağ olun, sağ olun durullar. Qarğı atı minəndə, camaat muna baxır ki, minir də. Deyillər, qardaşın niyə qarğını minir? Deer, dəymiyin, onun dəlisi tutuf. Dəlisi tutanda qarğını minir. Qarğını sürdü, gətirdi. Kətdən çıxanda, üzdən irax, bir sürü it varıdı. Bu yanındakı torbanı aşdı, töhdü bunnarın qabaana. Burda bir boğuşma oldu, o, onu boğdu, öldürdü, mu munu boğdu, öldürdü. Hayıfsılandın, deer, həmən kəllədən ləl töküləndə? Bax siz həmən itsıız, boğuşajeysıız yeməyin üsdündə. Bax yığdığıın üsdündə el boğuşajey. Tafdığını ye, tafmadığını da qoy başının altına. Getdilər. Bu səfər dedi ki, hansınız görsanıız ki, bu gülür, mana dəərsiz. Getdi bir ət almağa. Gördü ki, keçini keçi əyağınnan asıflar, qoyunu qoyun əyağınnan. Əlini-əlinə vurdu, ha, ha, ha. Mən də elə bilirəm ki, kim nə eləsə, onun başına qoyullar. Qaça-qaça gəlif Bəhlula dedilər ki, Danəndə güldü, özünnən getdi. Muna yaxşı ənam-zad verillər. Deer, qardaş, nə yaxşı güldün? Deer, qardaş, elə bilirdim, elədiyin əməllər mənim boynuma töküləjəh. Ona görə güldüm ki, sənnən uzağam. Keçini keçi əyağına, qoyunu qoyun əyağına asıflar. Dedi ki, bax var yığsan, üsdündə ellər heylə boğuşajey.
Dostları ilə paylaş: |