Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə176/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   172   173   174   175   176   177   178   179   ...   230
BƏHLULUN QONAĞI
Bəhlul Danəndə bir gün evinə gələndə, görür ki, cır-cındır içində, aj-susuz bir yolçu var. Bəhlul Danəndənin bına yazığı gəlir, onu gətirir evə. Buna ayınnan-oyunnan, Allah verənnən verir, yeyir-eliyir.

Bir gün də deyir ki (bının da qardaşı xəlifə oluf də, Harun ər-Rəşid, böyüh adam olufdu), Bəhlul Danəndə, qardaşın səni çağırır. Deyir ki, qonağım gəlif, gəlsin.

Bəhlul gələnə deyir ki, get, denən qonağım var, gələ bilmirəm. Xəlifə yenidən adam göndərir, qonağın da götür, gəl. Bəhlul Danəndə məjbur oluf, qonağı da aparmalı olur. Deyir ki, bax, ay qonax, keçif yuxarıda oturma, söz vermiyincə, danışma, mənim işarəm olmadan, əlini uzatma. Yanı qonaxlığa uyğun qaydaları bına öyrədir.

Bu da nə bilsin, ömründə görmədiyi yerdi. Gəlif keçəndə Bəhlul Danəndəni qoyur qapının ağzında, keçir yuxarı. Bəhlul görür ki, bı gəlif laf yuxarıda oturdu. Gələnnər gəldihcə, bu biraz aşağı, sivrilə-sivrilə gəlir, laf aşağı keçir. Yanı məclisdə yerin bilmir. Ortıya yemişmi, qarpızmı gətirillər. Guya indi bu xəlifənin pıçağı yoxdumu bıra qoymağa. Bunu kəsməyə gələndə bı qonax tez civinnən qəşəh bir pıçax çıxardıf deyir:

– Bıdey, məndə pıçax var, alıyın, kəsin.

Xəlifənin pıçaxdan xoşu gəlif, deyif ki, bı mənim sarayımnan oğurranan əşyalardan biridi. Bı elə axdarışdaydı. Hə, deməli, oğru bıdı də. Bını bı oğurruyuf.

Bunu salıllar içəri. Bəhlul Danəndə yalvar-yapış eliyir ki, bı, mənim qonağımdı. Bəs adətimiz-ənənəmiz var. Bı, bizə gəlif, qoy bir gejə bizdə qalsın, səhər aparın, asın, öldürün, özünüz bilərsiniz.

Xəlifə deyir:

– Bəhlul Danəndə, apar, ama dilınıı dimməz qoy. Bını başa salma.

Bəhlul Danəndə deyir:

– Yox, adət var.

Bəhlul Danəndə qonağı evinə gətirir. Deyir:

– Ə, kişi, mən saa nə dedim, sən nə özünü ortuya atmısan?

Qonax deyir ki, mən nə bilim, bilmədim.

Bəhlul Danəndə deyir:

– Orda səni edama çəhməmişdən qavax, məhgəmə qurulanda denən, xəlifə sağ olsun, bilmirəm məni asdır, neynirsən elə. Ama mənim də ürəyimdə arzum qalmır. Deyəjəhlər, nə arzu? Denən ki, uzun illərdi mənim atamı öldürüflər. Bı pıçax da onun üsdünə sancılı tapılıf, meyidə sancılı. Mən də dərviş oluf düşmüşəm çöllərə, kim harda qarqı kəssə, qamış kəssə, qarpız kəssə, yemiş kəssə, meyvə kəssə, tez çıxardıf verirəm. Deyirəm görüm bına yiyə çıxan kimdi? Qatilimi tanıyım. İndi nə cəza verirsiniz, verin. İndi mən arzuma çatdım. İndi maa yaşamax innən belə heç lazım dəyil. Mən düşmənimi tapbışam.

Xəlifə deyir:

– Ə, kimi tapıfsan, düşməni?

Deyir ki, bir neçə il bunnan qavax, mənim atamı öldürüflər. Bı pıçax da qalıf onun üsdündə sancılı. Mən də bını götürüf düşmüşəm düzdərə ki, qatilimizi tapax, düşmənimizi tapax. İndi xəlifə, sağ olsun, deyirsən, bı pıçax mənimdi, deməli, mənim də atamın qatili sizsiniz.

Xəlifə deyir:

– Bının pıçağın verin özünə, getsin.

Belə oluf.




Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin