Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə226/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   222   223   224   225   226   227   228   229   230
HEYVANLARIN BƏHSİ
Keçi diyər, mənim adım Kərimdi,

Qavala çəkilən mənim dərimdi.

Yühsəh, yühsəh qayalarım var mənim,

Şeytan, şeytan balalarım var mənim (Gülür – top.).


Dəvə deyər, heç heyvan götürməz mənim yükümü,

İgid oğlan çəkə mənim ipimi.

Uzağ-uzağ mənzillərim var mənim,

Uca-uca balalarım var mənim.



Digər heyvanların sözləri söyləyicinin yadından çıxıb. Şeiri nənəsindən eşidib – top.
OVÇU PİRİM
Deyir,Ovçu Pirim gedif çıxır Murov dağına.Deyir:

Murov, sənnən, Murov, sənnən,

Getməz qar, qırov sənnən.

Yüz ilin ovçusu oldum,

Vurmadım bır ov sənnən.
KƏLBƏCƏR
Deyir, dolu vırmış selə düşdü,

Dolu vırmış bağa döndü,

Düşdü selə Kəlvəcər.

Xallı İblisin felinnən

Keşdi ələ Kəlvəcər.

Ürəh şişgin, qəfəsim dar.

Ömürdə də az vədə,

Usda-usda yorur məni,

İldən-ilə Kəlvəcər.

Sərkərdələr, başbilənnər

Sirrini verdi çölə.

El xeyrinə olan daşı,

O, əvvəl atdı gölə.

Sol əl töhdü sağ gözünü,

Kor qoydu bilə-bilə.

Haxsız düşdü nahax qana,

Getdi belə Kəlvəcər.

Bı Şirvanda Kəlvəcəri əhmişıx, bitirmədi.

Bir təhərcə göyərdirıx,

Bar verif yetirmədi.

Ölkələrə haray saldıx,

Baxdımiz gətirmədi.

Əriyir küsgün Nəviynən

Gilə-gilə Kəlvəcər.


DÜŞƏ
Deyir, kaş nə ola, a qardaşım,

Bir qəfləti hay düşə.

Yağı düşmən təslim ola,

Oxlaf sına, yay düşə.

Yühlənə köçün karvanı,

Ağdərədən vətənə.

Kəlvəcərim abad ola,

Hər qapıya toy düşə.

Dəli dağlar dilə gələ,

El-obıya “Gəl!” – deyə,

“Perih düşmüş sonalara,

Saxlamışam göl” – deyə.

Haray sala nəvələrim,

“Çiçəh” deyə, “ Gül” deyə,

Sevinc yaşı leysan ola,

Dərələrdən çay düşə.

El şayiri saqi ola,

Gətir, götür haylara,

O meydana, o dövrana,

Göydən Günəş boylana!

Sahifkara çöl-çəmənim

Qarış-qarış paylana.

Nəviyə də məzar yeri,

Baxdı vıra, pay düşə!105


MƏNİM
Başyurda baxaram yüz il ac-susuz,

Tükəmməz səbrim-qərarım mənim.

Ölməh xoşbaxlıxdır, belə yer ola,

Qorxdum ku, öləm, anam ün sala.

Car çəkə, hardadı Şahmarım mənim?
DƏRYA QIRAĞINDA
Dərya qırağında tihdirdim kümməz,

Oxudum dərsimi, otudum dimməz.

Səni and vermişəm, gözəgörümməz,

Dəryamı əlimnən alma.


Dərya qırağında tihdirdim hamam,

Oxudum dərsimi, eylədim tamam.

Səni ant veririəm on iki imam,

Dəryamı əlimnən alma.



ÜÇ GÖZƏL
Pirsahat çayında üş gözəl gördüm.

Birinin adı Leyli,

Öldürmağa vardı meyli.

Birinin adı Yetər,

Xənçəli sinəmə sökər.

Birinin adı Gülcamal,

Kipriyi ox, qaşdarı kaman,

Öldürmağa vermir aman.


DOLANA-DOLANA
Duman qalxır,

Dağı dolana-dolana.

Bosdançı şamama dərir,

Tağı dolana-dolana.

Xırdaca yar, qadan alım,

Sağı dolana-dolana.


OYANMIR
Yığdım otaxlar xalısın,

Neynirəm dünya malısın?

Boynunnan boyunbağısın,

Aşdım, oyammır, oyammır.


Sanadım otax neçəsin,

Yığdım türkman beçəsin.

Boynunnan ağır axçəsin

Aşdım, oyammır, oyammır.





Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin