Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə33/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   29   30   31   32   33   34   35   36   ...   230
HƏZRƏT ƏLİ
I mətn

Cənabi Əli çox quvvəli pəhlivan olufu. Cənabi Əli bir dəfə (deyilişi danışıram ha, eşitdiyim belədi, ona qırmızıgöz Əli də deyirmişdər) dünyanın ağırrığın yığır bir dağarcığa, oturur yolun qırağında. Yox, Cənabi Cəbrayil yığır. Cənabi Cəbrayil yığır, gəlir oturur yolun qırağında. Görür kü, Cənabi Əli gəlejehdi. Deyir, bını çox quvvəli deyillər dayna. Görüm bı neyləməh isdiyir? Bir ağırrığı, yüngüllüyü hesav eləsin. Gəlir yolun qırağına, oturur. Bir də görür, Cənabi Əli gəldi. Deyir ki, ya Əli, gəl bı dağarcığı, bı meşoğu qaldır belimə. Bı gedir, nəkqədər eliyir, görür qalxmır axı, bına güj verir, dizinə qədər torpağa girir. Belə tullamağ isdəəndə deyir, ya Əli, dayan, dünyanı dağıtmağ isdirsən, nə qayırırsan? Dünyanı tari-mar elədin. Belə eşitmişəm.


II mətn

Oturmuşdu peyqəmbər yolda. Həzrət Əli əleyhəssalamın gücünü yoxlamağ üçün oturur bir daşın üsdündə. Bilir ki, Əli burdan gələjəy atınan. Əli gəldi Düldülünən. Mindiyi atının adı Düldüldü, bilirsən. Qoca bir formada oturub. Həzrət Əli əleyhəssalam da ağsakqallara hörmət elədiyinə görə qoyuf keçməzimiş. Atdan düşüfdü. Deyif ki, ya qoca, gəl, hara gedirsən? Deyif, mənim də yolum bu istiqamətədi. Atdan düşdü, dedi, gəl min ata. Dedi, yox, mən mimmirəm. Mənim elə bu torvamı götüsən, mənə bəsdi. – “A kişi, yox, gəl min, nədi”. – “Yox e, dedi, bu torvamı götü, elə mən sənnən gedim”. Yerin, göyün ağırrığın, Allahın hökmüynən, balaca bir torvıya yığıfdı. Düzdü, indi bırda çoxları elə bilir ki, bu əfsanədi. Yox, əfsanə dəyil. Həqiqətdə olan bir əhvalatdı bu. Həzrət Əli əleyhəssalam əyilir ki, o torvanı götüsün, torva qalxmır. İkinci səfər əl atır, torva qalxmır. Üçüncü səfər hirsdənif “bismillah, Allahu Əkbər” deyir torvanı götürür. Düldül dizinə qədər torpağa batır. Əlinin də gözünə qan damır. Onnan sonra peyqəmbər deyir ki, bəli, Allahın şirisən ki, şirisən. Əlimsən ki, Əlim. Bu yanı peyqəmbərrər hədislərində var. Onçun da deyillər, bəli, Əli birinci imamdı.


III mətn

Bir dəfə bir dənə sayil, kasıb biri birinnən borc alır. Günortuya qədər vaxdı tamamdı də, verməlidi pulu. Pulu çatdıra bilmir. Gedir Əlinin yanına. Deyillər ki, bəs Əli səfərdədi. Bunun yolun gözdüyür kü, gəlsin. Əliyə müraciyət eliyif ki, bəs dardayam, mənə köməhliy elə. Vax gəlif çatanda görür kü, Əli gəldi. Dedi, ya Əli, bəs mən borşduyam birinə, günortuya qədər mənim vaxdım varıdı. Artıx vax keçifdi. Məni öldürəjəhlər, asajaxlar, kəsəjəhlər, nə bilim məni qul eliyəjəhlər. Günortuya qədər mən pulu, borcu aparıf verməliyəm. Mənim də imkanım yoxdu. Deyir, onda Həzrəti Əli əleyhissalam (Allah hökmünə bax ha, gör nə qədər güjdü bir imammış) deyir, barmağın bir dəfə belə eliyir, Günəş gəlir durur günorta yerində. Onçün deyillər, Günü günortadan qaytaran Əli. Onu qaytarır, həmən o kişi aparıf pulu, borcun verir, ödüyür, yəni onu bağışdıyır.

Bir də peyqəmbərin bir müqəddəsdiyi ondadı ki, ən böyüh möcüzələrdən biri Ayı iki yerə bölüfdü barmağıynan. Amerika kasmanavatdarı çıxmışdı Ayın üsdünə. Həmən o Ayın üsdündə o şırımı görüflər. Düşənnən soora təsdiq ediflər ki, bəli, Ay peyqəmbərin zamanında onun hökmüynən bölünüv iki yerə. Bir dənə Aqra kasmanavatı çıxıfdı Ayın üsdünə, orda azan səsini eşidif. Düşənnən sonra müsəlmançılığı qəbul eliyifdi.
IV mətn

Həzrət Əli bir gün bir əvə qonax getmişimiş. Arvadnan kişi bir-birinə xısınnaşır ki, arpa çörəyidi çörəyimiz, nətəər qoyax bunnara. İndi surfa salıllar, çörəyi gətirif qoyullar. Qoyanda, sırfanı salanda Həzrət Əli qılıncı çəkir, qoyur sırfanın qırağına. Bılar da qorxullar ki, görən bu qılıncı niyə çəkif qoyur sırfanın qırağına. Yeyillər, Allaha şükür eliyillər, yığışdırıllar. İndi kişi əl çəhmir ki, ya Əmir, sən Allah, bax o qılıncı niyə sırfıya çəhdin qoydun? Deyir ki, siz desəniz ki, bu çörəy arpa çörəyidi, mını sizə nətəər qoyax? Onda ikinızın da boynunu vurajeydım. Onnan sora şükür eliyillər, yığışdırıllar.



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin