Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə38/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   34   35   36   37   38   39   40   41   ...   230
III mətn

İki çoban varımış, nəysə heyvan otarırmışdar, ağılsız adamlarımış da. Çələvi babam da o yannan bıllara doğru gəlirmiş. Deyir ki, ə, Çələbi gəlir, gə bını sınıyax, görəh bı, əsl Çələbidi, övliyadı, yoxsa elə camahat küyə-kələyə gedir? Bını alladax, görəh bı, nə dərəcədə belədi. O birsi isdiyir razı olmuya. Nəysə, opşum, biri vaxdı çatmışımış da. Hə, nəysə, deyir, mən özümü vırajam ölülüyə, sən deyir, Çələbinin qabağın kəs, denən ki, bəs belə çoban yoldaşım ölüpdü, gəl onun namazın qıl. Bı, özün vırır ölülüyə, yıxılır, guya ölüpdü. Bı birsi yüyürür Çələbinin qabağına. Çələbi də iki-üç adamnan gəlirmiş da, mürütdəriynən. Ay Çələbi, bəs özunu yetir, bəs bırda çoban yoldaş öldü. Nəysə gəlir belə baxır, çobana deyir ki, nə deyirsən? Deyir ki, bının namazın qıl. Deyir ki, diri namazı qılım, ölü namazı qılım? Çələbi soruşur. Üş dəfə soruşur. Bıllar da axı kələh quruplar, alladıllar. Deyillər ki, yox, ay Çələbi, ölüb e, ölü namazı qıl, diri nədi? Üş dəfə təkrar eliyir, nəysə, bıllara çatmıyıv, oturuv ölü namazın qılıpdı. Duruv axırı ki, nəysə çıxıf gedəndə, bı, nə qədər, ə, qalx, ə, qalx, getdi, görüpdü ki, ölüpdü. Çığırıp, qayıdıp çığırıp, ay Çələvi baba. Axırı ki, deyip, bala, mən sənnən üş dəfə soruşdum. Mən bilirdim, o diridi. Mən indi onu qaytarıp bir də diriltmərəm ha. Ölü namazı qıl dedin, ölü namazı qıldım. Oların möcüzələri çoxdu.


IV mətn

Qubatdının Xannıx kəndi var, böyüh kəntdi, əvvəl rayon mərkəziydi. Həkəri çayının qırağındadı. Nəysə, Nuru paşa qoşunuynan gələndə Çələbi babanın başında qırx mürüdü, camahatı yığıf deyir ki, çıxax Nuru paşanı qarşılayax. İki dənə də öküz götürüllər ki, deməh, bını kəssinnər, qoşuna yeməh versinnər. Bınnan qabax da, deməh, Türkiyədə vəzyət ağır olur 1918-ci illərdə. Bilirsız da, Çanakqala hadisələri, sonra İzmit, Adana tərəfdə, onnan sonra... Nəysə, deməh Nuru paşanın, deməh, qoşunu ofşum, yunannarnan, fransızdarnan vırışan mamentdə bı, gecə yatır, yuxusunda görür kü, bir kişi bını yuxudan durquzur ki, paşam, qalx, paşa, qalx, oyan, oyan. Bəs belə-belə, sənin bütün toplarına toz-torpax dolduruflar. Səhər də hücüm olajaxdı. Paşa hövlanah qalxır, nəysə, Yavərin adamların çağırır, deyir ki, topları yoxlan. Baxıf görüllər ki, həqqətən də, topların hamsına torpax dolduruflar ki, yəni səhər hücum başdıyanda atəş açmasın. Bının da içində bir erməni olufdu. Nəysə, bını biliflər, erməni eliyif bının hamsın. Bının dərsin veriflər. Bu yuxu Nuru paşanın beynində qalır. Gəlillər, Qubatdının, deməh, Xannıx kəndi Həkəri çayın keçəndə ulu babam – Hacı Qasım Çələbi qırx mürüdüynən, bütün camahat, el-oba çıxıllar bını qarşılamağa. Çıxanda Nuru Paşa belə baxır, çığırır, deyir ki, bax bı kişiydi, mənim yuxuma girən bı kişiydi. Gəlir düşür əlinə-əyağına, öpür, ziyarat eliyir, deyir, a kişi, sən kimsən, mən bilmirəm. Sən məni yuxudan durquzdun, dedin ki, toplarına torpax dolduruflar. Həə, o vax da bir dənə, deməh, uşağ olur, təxminən on iki-on bir yaşında. Türk qoşunu Azərbaycana gələndə, bı da yəni fakdı ha, mən fakdınan danışıram. Gələndə uşax belə qoşulur Nuru paşanın qoşununa ki, mən də gedirəm. Mən də əsgər oluram. Nə qədər əlləşillər ki, bala, sən uşaxsan da, sən körpəsən, olmur. Anası deyir ki, Nuru paşa, bunu saa əmanət verirəm. Bu uşax da qoşulur qoşunnan gəlir, gəlir heylə Xannıx kəndinə, deməh, orda Hacı Qasım Çələbiynən Nuru paşa görüşür, orda iki dənə öküz kəsillər, qoşunu yedirdillər. Nuru paşa deyir ki, ay Çələbi, Vallah, bir uşax qoşuflar mana, qorxuram da, biz Bakıya gedirih. Bını elə verim sizin yanızda qalsın. Deyir, hə, noolar. O uşağı alıf saxlıyıllar, uşağı Mollu kəndi deyillər (Aşağı Mollu, Yuxarı Mollu Qubatdının kətdəridi), hə, Mollu kəndinnən də evləndirillər boyüyənnən soora. Qalır, ofşum, Azərbaycanda. İndi onun deməh, nəvəsi Sumqayıtda yaşıyır. Bax bı sahat həmən o türk – deməh, o kiçih Mehmetciyin, deməh, nəvələri bı sahat Sumqayıtda yaşıyır. Bax belə hadisələr çox olufdu, yəni övliya oluflar da, bizdə şıx deyillər. Elmi dildə şeyx deyillər, bizdə loru dildə şıx deyillər. Öz də bu, deməh, yəni bir-birinə ötürürmüşdər də. Elə bil ki, deyəh, Hacı Qasım Çələbi verif Alı Çələbiyə. Alı Çələbi verif Əli Çələbiyə, bax belə. O şıxlıx irsən verilif. O, hamıya verilmir. Hamıya yox, beş övlat varsa, beşinə də yox. Verif Yasin Çələbiyə, Həvəzə Çələbiyə...


V mətn

Həmən o Seyit Mir Həmzə Əfəndinin özü də mənim babalarımnan həmfikir oluflar, dosd oluflar, yoldaş oluflar. Seyit Mir Həmzə Əfəndinin də mürşüdü, yəni məllimi Kürdəmirri, Şirvannı Şıx İsmayıl deyillər el arasında, o olufdu. Türbəsi-zadı var. Yəni olar da, deməh Şeyx Şamilnən oluflar. O vax danışıllar ki, Çələbilər bırdan qoşun – köməh göndəriflər Şeyx Şamilə. Həmən o Şıx İsmayıl, sonra Böyüh Alı Çələbi, sonra Seyit Mir Həmzə Əfəndi. Bıllar da hamsı, Şeyx Şamil də bu qoldandı. Bizə nəxşibəndi deyillər. Yəni Hənəfi məhzəbidi. İslam aləmində dört məhzəp var: şəfi, hənəfi, maliki... Yəni bax bu həmən hənəfi məhzəbinnəndi. Mən yenə deyirəm da, sünnüyüh biz. Ama necə sünnüyüh? Bizim babalarımız deyif ki, orda-bırda soruşan olsa, sünnüsən, şiyə? Denən ki:

Nə sünnüyəm, nə şiyə,

Əhli-müsəlmanam mən!

Yəni on iki imamı sevən. Deməh, elə bil ki, həm on iki imamımızı sevirih, həm peyğəmbərin əsabaların sevirih, yəni heş birinə qarışacağımız yoxdu. Ən düzgün yoldu də. O vax Çələbi baba məhərrəmlihdə qazan asdırır, imam ehsanı verməyə. O vaxd oranın qazisi olufdu. Çələbi babanın qaynı olufdu. Gəlif belə təpihnən qazana vuruf ki, ay Çələbi, indi biz dönüf şiyə olajıyıx? Bı nədi? Bı da deyif, ay bədbax nə şiyə, nə sünnü? Bəs biz on iki imamın nəsliyih də. Yəni bütün seyitdər, bütün övliyalar, ojaxlar hamısı imamnarın nəslidi da. Ayrı nəsil yoxdu ha. Yəni on iki imamın soyudu. Sonra Əli Çələbinin atın camahat Həzrət Əlinin atı Düldülə bənzədərdilər. Görənnər danışır. Səmənd at deyillər. Həmən səmənd ata heç bir at çatmazımış. Heş kim onu minə bilməzimiş. Hətda aparıv onu suvarmağa da qorxurmuşdar.

Soora şıxlar – bizimkilər qırxa girərmişdər. Eşitməmisən, qırxa girməh? Yəni qırx gün heç bir yernən təmasda olmazmışdar, ancax, deməh, giriv otaxda Allaha ibadat edərmişdər, qırx günnən sonra çıxırmışdar çölə. Qırx gün, deməh, bir yana çıxmazmışdar.


VI mətn

Cəbrayılın Əmirvarrı kəndində Hacı Məmmətqulu olub. Amma Hacı Qasım Çələbinin yaxın dosdu olub bu adam. Nəysə, bu kişinin gəlninin paltarı itif. Yanı bu məftilin üsdə, asmada asıllar da paltarı, gəlinin geydiyi paltar əən, bəən. Bu paltar itir. Bunun da qonşusu varmış böyründə, qonşudan görüllər. Gəlini də xısma-boğmuya alıllar. Hədə, hərbə, öldürüllər ki, sənin müştərin kimdi, necə oluf? Heş demə, inəh yeyifdi. Dava-qan gedir bu iki qonşunun arasında. Bir-birinin qırır ki, necə oldu bu paltar burdan? Əmirvarrıda Hacı Məmmətqulu oluf. Çələbi baba eşidir bu vəziyəti. Gedir çıxır ora, həmən kəndə. Ay Çələbi baba, xoş gəlmisən, sana qurban olum. Tez qoyun gətirillər ayağının altında kəsməyə. Deyir, yox, yox, qoyunu kəsməyin. Üç ilin qısırı ana inəh var, onu kəsərsiniz mənim ayağımın altda. Olmuş şeydi bu. Hə, inəyi kəsillər. Deyillər, o nə sözdü. İnəyi də kəsərih, hələ iki də artıx da. Deyir, soyun! Soyullar. Çələbi baba çəliyin belə salır inəyin qarnına deşif deyif, yarın, çıxardın. Yaranda çəliyi salır gəlnin paltarını inəyin qarnından çıxardır. Tökülüllər hamısı, ay Çələbi baba, sənin başına dönüm, nə yaxşı sən gəldin. O qannı qonşu bir-birini qucaxlıyır öpür və həmən Çələbi babanı qucaxlıyıllar, öpüllər. Sən bizi qannan qutardın, xatadan. Gəlinnən üzür isdiyillər.



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin