Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə46/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   42   43   44   45   46   47   48   49   ...   230
FATMA ÇƏLƏBİ
I mətn

Mən Fatmanın yanında olurdum. Fatma Siriyə gələndə gedirdim əvinə. Qardaşı əvi olurdu Sirihdə, Əlinin əvi varıydı dayna. İndi kəndə gələndə bizim əvdə qalırdı. Tünnüy olmuyanda o da, mən də Əlinin əvində qalırdıx. Bir gün oturmuşduğ, oranı irahladıx, yeməyi-zadı. İndi addıyrıx ki, qayıdax bizdə yatax. Axşam simavarı süzdüm. Bax bax bu isdikanın biri. Buncan süzdü (söyləyici stolun üstündən stəkanı götürüb göstərir – top.). Tay simavardan su qurtardı. Mən çay işməmişdim. Fatma dedi, lap yaxşı oldu. O adamnarın yanında niyə işmədin? Dedim, qadan alım, getsəh, bizdə içərih, getməsəh, simavarı burya gətirərih. Birdən belə baxdım, dedim, ay Fatma, Vallah, bir qoşun adam gəlir. Dedim, qadan alım, simavarı süzüm? Dedi, tay tərpətmə, hara süzürsən simavarı? Dedim, içində su yoxdu ha damcı da. Qoy gətirim doldurum. Dedi, aaz, simavarı tərpətmə. Gələnnər qapıdan girdilər, gördüh, Məhərrəmdi, arvadı Məhluqadı, beş da ayrı arvatdı. Dedi ki, ay Məhərrəm, xeyir olsun, niyə bu vədə? Dəəndə dedi ki, Allah köməyin olsun, ajınnan ölürəm, mana biraz çörəh ver yeyim, onnan sora deyim. Əvvəl çay isdədi bı. Dedim ki, oy Məhərrəm dayı, simavarda bi damcı da su yoxdu. Dəəndə (Fatma) dedi ki, olajax, olajax, bala. O, bu əvin simavarısa, olajax. İnanırsınız, inanın, inanmırsınız öz işınızdı. İçində küldən başqa heş nə yoxdu. Dedi, ağız, simavarı doldur kömürünən. Dedim, simavar boşdu. Dəəndə dedi ki, aaz, sana söz deyirəm, simavarı doldur. Doldurdum. Dedi, durbasını da qoy başına. Öz-özümə ürəyimdə dedim, bu nə deyir? Nə dedim, boynuma alıram. Ta məjbur simavara kömür töhdüm. Simavardan yalov çıxdı. Sizə qurban olum, dedim, biraz ayna durum, indi simavar partdıyajaxdı. Dedi, Ayna, nə var yeməyə? Dedim, Fatma, o qazandakı ət də durur, qatıxdan, pendirdən də nə varsa, hamısınnan qoyajam. Məhərrəmgil elə adam dəyil ha, utanmağ ola. Hançi hançini yeyir, yesin. Dedi, Məhərrəm, hindi de görüm, nəyə gəlmisən? Dedi ki, qadan alım, gəlimişəm, gədiyə toy eliyirəm. Gedəh. Dəəndə dedi, Məhərrəm, toyu sırağagün eləmisən. Heş demə, elçilih eliyif, buna da demiyif. Deəndə, dedi, ay Fatma, Allah hakqı, eləməmişəm. Deəndə, dedi, ay Məhərrəm, Allah deyirsən axı ağzında sən. Dedi, Fatma, o Allah hakqı, eləməmişəm. Elçi getmişəm, ona da sənə gəlif əziyyət vermədim. Deəndə dedi, indi gedəndə əziyyət olmuyajax? Dedi, gəlmədim dayna, nəysə. Məhərrəm dedi ki, Fatma, o Hajı Qaraman hakqı, aşıx gəlir, demişəm, zakazın vermişəm. Çaldırajam, o Hajı Qaraman hakqı, gəlməsən, o gəlini gətimijəyəm. Dəəndə dedi, Məhərrəm, sənin xətrinə yox, Məhluqanın xətrinə, günorta gəlif, gəlini gətirəjəyəm, ama oturmuyajam, qayıdajayam dala. Dəəndə dedi, hə, neynəy, elə sən gəl. Gördüm, elə onu deyirdim, boş simavar qaynadı, daşdı. Çay töküldü belə, durbanı aldım o nəfəs yolunu açdım simavarın. Boş simavar necə doldu suynan, necə qaynadı? A kişilər (yanımızda oturanlara müraciətlə deyir – top.), o inandığınızın canı hələ də məhətdələm. Fatmanın da o möcüzəsin gördüm.


II mətn

Bir gün də gənə Fatma bizdə yatıf. Mən də əvdə ehdiyatnan gəzirəm ki, takqıltı olmasın, uyanmasın. Qəfil səs eşidiv uyananda yata bilmir day. Heyvannarı aparıf ötürdüm çölə, qayıdanda gördüm kü, Komunun qızı duruf bizim hovuzun qırağında. Aralıdan belə elədim (əlini yelləyir – top.). Səsini çıxardanda dedim, dimmə, dimmə, uyanacax Fatma. Qız dedi ki, aaz, getmə, Fatma yoxdu əvdə. Dedim, aaz, hər sözü danışma. Yoxdu, hanı yoxdu? Dedim, elə eliyim ki, bilimməsin. Qapını da elə qoymuşam ki, takqıllamasın, takqıllıyanda qapını açanda bilinir. Elə özüm girif çıxıram, bular oanki evdə yatır. Çıxdım gördüm, həqiqi yoxdu yerində. Dedi, aaz, uyanıf? Dedim, yox, hələ uyanmıyıf, dəymə. Yəni deməh isdiyir ki, mən görürəm yoxdu orda. Niyə mənnən danırsan? Dedim, yox, uyanmıyıf, yatıf. Qaravatınnan yorğan düşüf oana, deyif, bilməmisən. Dedi, qoy mən özüm gəlim, baxım. Dedim, nəyə baxırsan? Tıkqıltı eləmə, səs eşidif uyanıf durajax. Qəsdən deyirəm e mən buna. Yoxdu yerində. Biraz durdum dayna, aralana bilmədim qapıdan. Bir az durdum, belə hərrəndim, bir də qayıtdım gəldim. Ehmal-ehmal getdim, qapıdan girdim. Gördüm hörgü12 yarılıf, o Allah hakqı, belə gördüm. Hörgü yarılıf, Fatma girdi içəri. Dinmədi, belə elədi (söyləyici başını tərpədir – top.). Səsimi çıxartmıyıf çıxdım çölə. Mənnən biraz sora Fatma da əvdən çıxdı çölə. Komunun qızı dedi ki, sabahın xeyir, qadan alım, mən gəlmişəm. Bunnan da iki yol dalaşmışam ki, yoxdu Fatma. Dəəndə dedi ki, göyə-zada çıxmamışdım ha, yerimdəyəm. Gördü kü, deməmişəm. Sən demə, Komu xəsdeymiş, qız gəlif Fatmanı aparmağa. Bıllar gedəsi oldular. Fatma maa çöndü ki, bajı, sən getmirsən? Dedim, qadan alım, nə bilim, getməlidi, gedim. Dedi, gə sən də. Getdih gördüh belə yer qayırıflar dayna. Balaca əvləridi olduxları yer. Bu Komuya da Fatma Famıx deyirdi. “Ə, Famıx, niyə azarranıfsan”, – dəəndə ağladı. Dedi, Fatma, azarramax nədi, ölürəm. Dedi, ə, hələ ölmüyəjəhsən. Gedəjəhsən Bakını gəzəjəhsən, gələjəhsən, qorxma. Gördüh belə kasada süd qoyuflar puçun üsdünə ki, bişsin. Fatma gəlincən bu süd bişsin, görəh buna içirə bilər? Südü götürdü, töhdülər bir isdəkana, bunnan biraz çox süd (stəkanı əlinə alıb göstərir – top.). Verdi ki Fatmaya, qadan alım, bajısı, bunu ver işsin. Dəəndə dedi, ver Aynıya, versin. Deəndə dedi, ay Fatma, sana veririh, Ayna nədi? Dəəndə dedi, bajı, vermirsınız ki, mana ver? Mən də verirəm, Ayna, ver. Verdim, bir az hortdatdı. “Ay Fatma, uda bilmərəm, ay Fatma”. Dedi, uda biləjəhsən, ud. Güjnən uddu. Dedi, Komu, bir də iç. Bir də yalannan “fff” elədi, axır ki, onu da uduzdurdu. Dedi ki, Fatma, nağayrım? Dedi, Əli (Əli Çələbini nəzərdə tutur – top.) sana bir şey verif, o durur? O kağızı itirmə ha. Bilirsən, axır mənşərəcən sana gərəhdi o kağız. Sənnən dil olup danışajax o. Dedi, gərəh dura. Axı Əli bir öyü yığma yığmışdı. Yığma yığmışdı, dəsdə bağlamışdı (yəni otuz iki adamı siyahıynan götürüf onnara su verirdi, çörəh verirdi, yaxşı saxlıyırdı onnarı). Arvadına dedi, durur? Arvadı dedi, durur. Tapdılar axır ki, qoydular. Dedi, dur, gedəh mana. Komunu da gejə gedif görsədillər həkimə. Həkim deyif ki, bu ölüf. Bu ölünü burya niyə gətirirdınız? Gejə gətdilər kəndə. Gejə kənd üsdə ölü gətiməzdər. O kənd xarava qalar. Qaldı da ode. Onu da tay genə Fatmıya gətidilər. Onu elə sağaltdı tay.


Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin