Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə5/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   2   3   4   5   6   7   8   9   ...   230
III mətn
Deyillər, Allah-taala bir gün Adəmi yaradır. Sora ona görə cənnəti xəlq eliyib ona bəxş eliyir ki, xoşbaxt yaşasın. Adəm də cənnətdə şad-xürrəm yaşayır.

Bir gün Allah-taala deyir, gedip bir yaratdığımı yoxluyum görüm nətəhərdi, nətəhər yaşıyır.

Gəlip görür kü, Adəmi fikir-xəyal götürüp. Yaxınnaşıp soruşur:

– Ey Adəm, mən səni yaratdım, cənnəti yaratdım. Cənnəti də sənə verdim. Hər yanın gözəllih, gül-çiçəhdi. Niyə bikefsən? Niyə danışıp-gülmürsən?

Adəm deyir:

– Qurban olum, ay Allah, pütün bunnara görə sağ ol, ama nəsə darıxıram, elə bil nəyimsə çatmır.

Allah-taala tez Adəmin qabırğasınnan Həvvanı yaradır.

– İndi darıxmazsan, – deyip gedir.

Adəm də üş gün Həvvaynan şad dolanır. Soora yenə bikeflənir.

Allah-taala bu dəfə Adəmi yoxlamağa gəlir. Görür kü, yox ey, yenə Adəmin halı hal döyül. Yenə fikri-xəyalı göylərdədi.

Bu dəfə də soruşur:

– Ey mənim yaratdığım, indi niyə sevinmirsən?

Adəm deyir:

Ay məni yaradan, Həvva səhərdən axşamacan o qədər danışır ki, bezirəm. Bunu apar, bəlkə eynim açıla.

Allah-taala Həvvanı götürüb aparır. Deyir, qoy Adəm bunnan belə şad-xürrəm yaşasın.

Nəysə, Həvva gedənnən soora Adəmin elə bil qol-qanadı yanına düşür. Könlü qan ağlıyır e. Bunu görən Allah-taala yaratdığının halına acıyır, soruşur:

– Ey Adəm, indi sənin dərdin nədi? Niyə deyip-gülmürsən?

Adəm cavap verir:

– Ay Allah-taala, onsuz da qala bilmirəm. Onu hərdən-hərdən göndər.

DÜNYANIN SONU
Deyillər, yernən göyün arası suynan dolajax. Ölənnər kəfəndə çıxajax suyun üzünə, qalannar da öləjək. Əməli salahlar diriləjəh, əməli pislər öləjəhlər. Heylə deyillər, heylə eşitmişəm.
O DÜNYA
Anamın da dörd uşağı olmuşumuş. İki qardaşım irəhmətə gedif, bir bajım Bakıda, bir də mən burda. Anam gələr ölər. Ölər, buna qəvir qazmaa gedən kim, çöldə su qoyan kim – yuada götürməyə. Bu arvad ölər, üzünü çəkəllər. Anam gözün açar. Biz yekə olanda bizə danışdı. Deyir, getmişdim o dünyaya. Deyir, gördüm kü, anamın öz anası, qardaşı arvatdarı, hamısı o dünyadadı. Deyir, gördüm bular gülün-çiçəyin içində nəsə təmizdiyillər. Deyir, dedim, aaz, Həcər, Həlimə, nağayrırsınız burda? Qardaşı arvatdarının adıdı da. Deyir, dedi ki, buy, aaz, sən nə gəzirsən burda, Hava? Deyir, dedim ki, mən də gəlmişəm yanınıza. Deyir, dedi, aaz, sən görmürsən, ora dört dənə qara qarqa qonuf, sənin balalarındı, nətəəri qırıldaşıllar ağacın üsdündə. Sən burda nə gəzirsən, aaz, yeri, yeri. Deyir, gəldi hərəsi bir qolumnan tutdu, məni ötürdü kü, çıx get, olar sənin balalarındı, dalınca gəlif dördü də. Bir də anam gözünü açıf görüf ki, qoom-qardaşdarının hamısı burda. Mən o dünyanı gördüm, gəldim deyir, bala. O düzdü. Var o dünya, Vallah var, deyir.


Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin