QARAÇUXA
I mətn
Biz bəy nəslindənih. Bizim babalarımız bəy oluplar. Kəlbayı Ələsgər bəy olup. Onun neçə min qoyunu olupdu. Atam söyləyirdi ki, Kəlbayı Ələsgərin bir naxırçısı varıymış. Bu aparıp qoyunu otarmağa. Uzanır, yuxu tutur, qoyun baş alıp çıxıp gedir. Kəlbayı Ələsgər də çox yaman adam olupdu da. Çoban onnan qorxurmuş. Durur ayağa, görür sürü yoxdu. Biz də Ermənisdanla sərhəd idih. Gedir görür kü, orda bir dənə belə çala yerdə Kəlbayı Ələsgər özü durup qoyunun qabağında, qoyunu qoymur addıya o tərəfə. Qorxudan gedir yaşavca deyir ki, ağa. Ağa deyəndə görür kü, adam yoxa çıxdı. Sora gəlir, danışır. Deyillər ki, o Kəlbayı Ələsgərin qaraçuxasıymış. Özü öz malın qoruyurmuş. Olmuş əhvalatdı. Çoban özü xəsdəliyə düşüb onnan. O vaxd Kəlbayı Ələsgər özü də yox imiş, tacir imiş, gedipmiş Qubatdıya kişmiş gətirməyə. Deyiplər, əşi, Kəlbayı Ələsgər nə gəzir. Deməli, onun qaraçuxasıymış.
II mətn
Qaraçuxasız heş kəs olmasın, bala. Görürsən, salavat verəndə deyillər, filankəsin Qaraçuxasına salavat. Bizi Qaraçuxa saxlıyır, bax dalımızcan yeriyir. Hara gedirih, orya gedir. Kölgəmizdi da elə bil. Allah uzağ eləsin, Qaraçuxa yatdı, mən də yatdım.
III mətn
Qaraçuxam mənim vayemə1 girifdi. O da nətəəri haa. Yatmışdım, gördüm kü, qapımın ağzında bir dənə kişi xaylağı bax belə uzanıv, ağzı göyə, əyaxları da belə qapıya sarı. Oyandım, isdədim, bissimillah deyəm. Dedi, bissimillah demə, mən sənin qaraçuxanam. Bissimillah desən, yoxa çıxajam. Bissimillah demədim, gəldi belə dayandı. Heş deməynən yatanda çöl qapımı açıx qoymuşam, kilitdiyirdim həmməşə. Qapım açıx olduğuna görə, qaraçuxa gəliv orda maa qaraltı eliyifdi. Belə görmüşəm.
Dostları ilə paylaş: |