CİNLƏR HAQQINDA
I mətn
Ağdam tərəfdeymiş e, bizdə yox. Kişinin bir dəşt yaxşı kasdumu olur sandıxda. Onı həmeşə qatdıyıf qoyurmuş sandığa, toya geyirmiş. Bir yol bı kasdumu çıxardır ki, bının yaxasına yağ dəyif. Deyir, ay arvat, mənnən başqa bını kim geyir? A kişi, bı and, bı çörəy, nətəər qatdamısansa, sandıxda duruf eləjə. Kişi deyir, bını güdejem. Əvlərində də bir yekə pişih varmış. Həmmeşə ojağın qırağında yatarmış. Bı kişi bını pusur. Bir gejə pusur, görür yavaşca durdu pişih kasdumu çıxartdı, getdi. Qapıdan çıxdı, getdi. Gejəyarıdan sora qayıtdı, gətdi kasdumu qoydu yerinə, yatdı. Bir də o biri gün gedəndə düşür dalına. Gedir görür bir biyabannıxda pişiyin boynunda bir toxlu, həmən paltar da əynində oynuyur. Toxlunu gətirir gəlinin əyağının altında kəsir, pişih e. Gedir oynuyur, yorulur. Deyir ki, komalan, gedirəm. Pissimillah deyəllər. Gözdüyüllər, bının qavırğasının biri tapılmır. Toxlunun e. Gedir ağacın çöpünnən belə eliyir, gətirir çöpü qavırğa əvəzinə salır toxluya, aparır. Kişi də gizdin gəliv əvdə yatır. Sabah elə açılmışımış, durur kü, pişih genə yatıf. Toyda da pişiyə Şəfi bəy deyillərmiş. Deyir, Şəfi bəy, xoş gəlmisən! Pişih kişinin üzün-gözün təmiz cırıxlıyıf qaçır. Bax həylə işdər var e.
II mətn
Bizdə bir qarı varıdı. O deyirdi ki, həmməşə evimizdə dəyişihlih olurdu. Bı qav ora gedirdi, orda dururdu, bı qav bırıya gəlirdi, ya da ki, palazı sürüyüv aparırdılar əənə. Deyir, bunnan şüpələndim, bir çüalın üsdünə iynə taxdım. Gəlif deyir çüalı sürüyəndə, o iynə ilişiv onun bədəninə. Bı dəmir, metal onun düşmənidi, cinnərin düşmənidi. İlişəndə, deer, gedə bilmiyiv, özün maa gösdərdi. Mən deyir, onnan çox şey örgəndim. Ayran çalxıyırdım, deer, nehrədə. Maa deyir, bilmirəm nə verdi (söyləyici əşyanın adını unudub – top.). Onu nehrənin üsdünə, çatmaya bağladım. Mənim deyir, nehrəmin yağı o biri nehrələrdən üç dəfə, dört dəfə çox çıxırdı. O arvat heylə danışırdı. Kimi inanırdı, kimi inammırdı.
Dostları ilə paylaş: |