Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə93/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   89   90   91   92   93   94   95   96   ...   230
İNAMLAR
ADQOYMALAR
Mənim anamın qızı durmurmuş. Xalam deyif, gətir bunun adını Dursun qoyax. Seyitdərə də nəzir eliyəh, verəh olara. Xalam gətiriv adımı qoyuf Dursun. Məni də nəzir eliyillər ojağa.

Qalmıyan uşaxlara, oğlan uşaxlarına Dayandur adı da qoyardılar.


TƏK SƏBİR
I mətn

Təh səbir gələndə elə adam var ki, düşür. Elə adam var, düşmür. Ümmiyətcə, təh səbir gələndə mən heç hara çıxmıram. Məsələn, buyün dördüncü günüdü, mən şəhərə çıxmıram. İşim düz gəlmir. Heç bir işim düz gəlmir e. Nənəm də elə-belə deyirdi. Ollar da keşmişin adamıdı. O işdər hamısı sınammış işdərdi.


II mətn

Təh səbir gələndə bir azcana ləngi, sora get, uğur tapassan. Tək Allahın adıdı. Ziyan tapbazsan. Amma ləngi, get. Cüt səbir gəlirsə, əlindəki işdəri tez elə, tez get, yüyür.



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin