Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə120/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   116   117   118   119   120   121   122   123   ...   230
YAĞIŞ YAĞDIRMA
I mətn

Yağış yağmıyanda ojaxdan gələn tütüyəni salıllar suya. Amma gərəh elə yerə atasınız ki, yerini biləsınız. Yoxsa həmməşə yağar. Elə yerə atın ki, çıxarda bilin.


II mətn

Yağış yağmıyanda bunnarda (Şamaxı rayonunu nəzərdə tutur – top.) bir yer var, adı yadımnan çıxdı. Deyir, orya əriştə bişiriv aparıllar. Yağış yağmıyanda bizdərdə – Kəlbəcərdə eşşəyin başını yüyürdülər, onda yağırdı (gülür – top.).


III mətn

Yağışı yağdırmağ üçün üzümüzü göyə tutup dua eliyirdih. Soora deyillər, yaş ağacı, göy otu yandıranda yağış yağar. Bir də, yağış, qar yağanda əlinin içini göyə tutanda yağış, qar uzun, yəni çox yağır. Xeyli vaxd kəsmir.


IV mətn

Bürkü olanda bilirih ki, yağajax. Gün ki adamı pişirir e, o sahat mən deerəm yağajax, çöldən paltarı yığıram, əyakqavları yığıram ki, hə, gün adamı ki yandırır e, onda billəm ki, yağış yağajax. Qara bulut gələndə, bilirsən ki, hə, bu, yağış bulududu gəlif, yağajax.

O yaznan qışın arasında dört gün olur. Onun dört günündə bilirsən ki, yağınnığ olajax, yazı nətəər olajax, qışı nətəər olajax, bax onnan bilirsən. Küləyi belə bilirsən ki, əgər dan yeri, səhər süp tezdən duranda, altıda, yeddidə, baxırsan ki, dan yeri əyər qırmızı rəhdədisə, həmən günü küləy olur. Möykəm qırmızı olursa, möykəm küləh olur. Yox, elə-belə qızartısa, elə-belə milayim keşir küləh. Bax küləyi mən sınamışam. Dolu yağanda evin birinci uşağı kimdisə, o, dolunun birini götürür əlinə:

Deer, mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm.

O dolunu dişdiyir atır, deyir ki, mən kəsirəm, sən də kəs.

Həə, onnan sora qəlbi Allah-taalıya yaxın olan adamnara sahə gəzdirirdilər. Deer ki, get məəm sahəmi hərrənginən ki, dolu vurmasın. O, atınan belə hərrənir, hər tərəfə yağış yağır, dolu vurur, onun hərrəndiyi sahəni dolu vurmur. Bı da eşidilmiş, onnan sora sınanılmış hadisələrdi. Elə Tamara, qardaşı Seyid Abbas, onun babası, onnar hamsı helə olup.

Eşitdiyimə görə, bi dəfə Alqayıt da yağış yağdırıpmış. Onun da elə hax vergisi var ki, onu şeyirnən deyir, Allah yağdırır. Deyillər ki, gərəh sən yağış yağdırasan. Bı toydeymiş, bına lağ eliyillər. Onda da axı Allah vergisidi. Durur helə sazı basır sinəsinə, nətəər deyirsə, toyda camahatın hamsın sel aparırmış.


V mətn

Birdən çox quraxlığ olsa, isdiyirsən ki, yağsın da, onda da iki Roza (iki eyni adlı qadın – top.) bir eşşəh tutup qoyarıx qabağımıza, töh, Roza, eşşəyin başına suyu (gülür – top.) Belə-belə, onda yağır. İki eyni addı adam eşşəyin başın yuyullar, neynillər. Biri su tökür, o birisi deer, su töh, yağış yağsın, su töh, yağış yağsın, eşşəyim, su gəti, eşşəyim, su gəti, onda yağır.


VI mətn

Bizdə bir arvat varıdı, quraxlıx keçəndə gedirdi kanala daş atırdı, sora yağış başdıyırdı, kəsmirdi. Hey deyirdilər ki (adı Kəhliyidi), Kəhlih kanala daş atıp, onçün kəsmir yağış. Deyir ki, daş atırdı ki, yağış yağsın. Həqqi də, nə bilim, indi yalanmı-gerçəhmi, yağırdı.



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin