Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə123/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   119   120   121   122   123   124   125   126   ...   230
BƏDNƏZƏR
I mətn

Bəd nəzər var. Bəd nəzər də Allahın bir bədbaxçılığıdı da, bir söznən desəm. O da özünnən asılı döyül. Qətiyən özünnən asılı döyül. Şirin göz də var. Bir ana, ya ata övladın sevsə, uşağın çox sevsə, ona ziyannığ olur, ona bir xətər dəyir. Buna deyillər şirin göz. Şirin göz də var, qorxulu göz də var. Həə. Deyillər, biri saa çox baxsa, özün hiss eliyirsən də, burnunun üjünə baxasan gərəh, öz burnunun üjüna. Bir də tüpürüf yerə, əyaxliyəsən. Onda onun gözün qırmış olursan. Onu dindirəsən. Onnan söz soruşasan gərəh. Bir bəd nəzəri deyijem. Mən kəntdə – bir kəntdə ferma müdürü işdiyirdim. Həm də kalxozda partiya təşgilat katibiydim. Bir gəlinin deyirdilər ki, gözündə var. Gəlin də bir şaxsiyətdi gəlindi. Gözünə də baxırdın, deyirdin, bının gözündə nə olar ki? Deyillər ki, bının gözü atır. Bir qonşu gəlini də qapıda inəh sağır. Bı da boş sənəhnən suya gedir – o gözündə olan. Gəldi belə böyründə baxdı, gəlin – inəh sağan gəlin vedrənin birin dolduruf, ikinci vedriyə sağır. Bı, bına təsir elədi, bı pis gözə. Bına qəsdən baxdı. Ki vedrənin biri doluf, birini də yarı eliyir. Onda gördux kü – iki nəfəridıx, dedim, baxır, görağ o, nəyə baxır? İnəh qalxdı, gəlini əyaxladı, qavırğaların qırdı, süt töküldü. İnəh də bağıra-bağıra getdi, öldü. Ta bını gülləynən vıran yoxudu, bını ağaşnan vıran yoxudu, gözümüzün qavağında. Gəldim onu danışdım. Doxdir İslam eşitmisiz? Hə, kəlvəjərridi o, bizə əmoğluydu. Baş həkim işdiyirdi onda. Dedim, doxdur, belə bir hadisə oldu. Dedi kin, Nəvi, o gözün özündə şüa var. O şüa dedi, keçiv o inəyə. Gəlinə keşmiyif, inəyə keçiv, inəh dedi, qalxıf gəlini əyaxlıyıf.


II mətn

Deməh, bizdə də o vaxdı mən cücələr saxlıyırdım. O boydalardan da bax (həyətdəki cücələri göstərir – top.), belə yekə-yekə olanda boşduyurdum çölə. Saxlıyıf bılları boşdamışam çölə, bir də gördüm, aaz, yeyiv-içən cücələr... Onda mən görmüşəm e, bəd nəzər, inanırsan? Yeyiv-içən cücələr bax bı boyda hündürüyündə cücə hopbulur göyə, düşür yerə. Üş-dört dəfə hopbulur, düşür, orda da ölür. Ayə, bı nə işdi, mənim başıma gəldi? Beşi, altısı, deməh, heylə ölüfdü. Qonşumuzda da, Allah isdədi ki, bi dənə seyit qızı varıydı, gözü koruydu, görmürdü da, gəlini saxlıyırdı.Tez yüürdüm, bilmirəm arvadın – qızın adı nəyiydi, yadımnan çıxdı. Ay xala, dedim ki, cücələrim belə oluf, bı nədi? Gəlin tutdu qolumnan gətidi, çatan kimi dedi ki, bala, bırda bəd nəzər var. Heç onun gözü görmürdü. Gətidi tez üzzəriyi qoydu, üzərriyin üsdünə duz töhdü, elə o cücənin içində ha, inanırsan? Onu orda oddadı. O odu yandırannan soora cücələr sakitdəşdi, otudu. Oxudu da, nəysə oxudu da. Mən onu bilmirəm haa, o, nəysə oxudu.



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin