Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə178/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   174   175   176   177   178   179   180   181   ...   230
DƏLİ BAVIŞ

I mətn

Bı Bavışa Millidə dəli Bavış deermişdər. Camaad ha eliyirmiş ki, bını evləndisin, yola gətirə bilmirmişdər. Bir günnəri hərə bir söz deyif Bavışın saqkızın oğruyuflar, onu razı salıllar. Bir qız da tapıllar. Zor, güc, yarıkönül, bını aparıllar qızgilə görüşə. Bavış girir içəri, içəri girən kimi dizin qoyur yerə, qulaan diriir qızın qarnına, deer, vay, vay, vay. Bırda dünya dağılır ki, bir dəsdə uşax ora qaçır, bıra qaçır. Biri çörəh, biri paltar, ayakqabı isdir. Məni bı xatıya-balıya salmıyın.

Deellər, Bavış ömrünün axırına qədər evlənmiyif, subay qalıf.
II mətn

Dəli Bavışa uşax-muşax, cavannar çox vax sataşarmışdar. Bavış da başdıyarmış söyüş söyməyə. Onun da söyüşdəri məzəliymiş. Bı kəndin ağsakqalları ona öyüt verir ki, belə şey eləməsin, arvat var, uşax var, böyüh, kiçik var, söyüş söyməsin. Bavış qayıdıf deer ki, cavaf vermiyəndə deellər səydi, söyəndə də deellər dəlidi. Mən də baxıram ki, səydənsə, dəli yaxşıdı. Odu ki, söyəjəm.



III mətn

Kəlbəcərrilər bilirsıız ki, yaxşı arı saxlıyıf, bal çəkiflər. Dağlarımız, gül, çiçəyimiz bına imkan verif. Camahatın da çoxu o vaxdan dövləti balnan, atnan qazanardılar. Bir günnəri boş-boş veyillənən Bavışa deellər ki, sən də gəl arı damazdığı tut, saxla, əlində bir şeyin olsun. Bavışı birtəər razı salıllar. Bavış əlinə bir çatı alıf gedir qonşu kəndə. Bir səbət arı alıf gətirir. Qoyur həyətdə, ağzını açır. Başdıyır arıların uçuf getməyinə, yuvuya qayıtmağına baxmağa. Bir xeyli baxır, nə fikirrəşirsə, duruf səbəti vuruf qoltuuna aparıf qaytarır. Eşidən, bilən deer, ay Bavış, niyə belə elədin? Nahax qaytardın. Bavış deer, baxdım ki, arılar uçuf gedir, qayıdanı da olur, qayıtmıyanı da. Hamısı da bir-birinə oxşuyur. Uşdu getdi, mal dööl ha, gedim, dərədən haylıyım gətirim, qatım tövlüyə. İndi dağa, dəriyə düşüf milçəh axdarajam? Milçəhdən dövlət olmaz.


IV mətn

Savet hakimiyətinin təzə qurulan vaxdarıymış. Bı bəylərin, xannarın dövlətinin əllərinnən alınacağın deermişdər. Bir günnəri Dəli Bavış eşşəyin qabağına qatıf Qoşdaşa, yaylaxa gedirmiş. Bı yoldan keçəndə bir-iki bəy bına sataşmağa başdıyır. Deellər:

– Ə, Bavış, eşşəyi niyə ağlatmısan, gözdəri sulanıf?

Bavış qaydıf ki:

– Bəy, eşşəyin malı, pulu, qızılı yoxdu ki, əlinnən alalar, ağlıya. Yəqin gözünə gün düşüf. Bəylər pərt oluf, yollarıynan gediflər.
V mətn

Bavış Natavanın vəkili Hajı Həsanalıya nökər işdiyirmiş. Oturuf-duruf deermiş ki, Hajı maa boşdudu, ala bilmirəm. Bir dəfə Kəlbəcərdən Milliyə qayıdanda Bavışdan soruşuflar ki, Bavış, nooldu, Hajıdan pulunu ala bildin? Hesabı çürütdün? Bavış deer:

– Vallah, başım çıxmır. Gəlif Millidə hesaflayıram Hajı maa boşdu qalır. Gedirəm, hesaflıyıram, mən Hajıya boşduyam.



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin