YOLA NƏRDİVAN QOYAQ
Yola nərdivan qoyax, yolumuz uzaxdı. Birisi buna qayıdıfdı ki, nərdivan nədi, ə? Gij-gij danışırsan. Gedejeyih. Deyif, nərdivan qoyajam yola, görəəsən. Başdıyıllar danışmağa. Birin o deyif, birin bu deyif. Baxıflar ki, gəlif çatıflar evə. Deyif ki, bax nərdivan budu də, söhbətdi, şirin söhbət eliyirsən, bilmirsən nə vax gəlirsən.
BİRİNİ ÇIĞIRTMA ELƏ, BİRİNİ BOZARTMA
Biri qonax gedir bir evə. Ev sahibi də ürəyiaçıx adam olur, amma kasıv adam olur. Gəlir, deyir ki, xoş gəlmisiniz. Mənim iki dənə toyuğum var. Nə deyirsiniz, kəsim onu qızartma bişirimmi, çığırtma bişirimmi? Nə deyirsınız onu eliyim də. Qonax da bir az üzdü adam olur. Deyir, qardaş, ikisini də kəs, birini çığırtma elə, birini bozartma.
Dostları ilə paylaş: |