Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə209/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   205   206   207   208   209   210   211   212   ...   230
SƏMƏD VURĞUN VƏ AZAFLI MİKAYIL
Azaflı Mikayıl, Səmət Vurğun bizə – İsdisuya gələn mamentində bir yaxşı şeyirrər deyiflər. Mən o sözdərin ikisin yadımda saxlamışam. Onu saa deyə bilərəm. Kəlbəcərdə çox böyüh yaylaxlar olardı. Bir gün Azaflı Mikayılnan Səməd Vurğun bizim Kəlbəcərə gəzməyə gələllər. Yaylağa belə baxanda gül-çiçəyə adam heyran qalır da isdər-isdəməz. Gələndə bıllar baxır ki, bir dənə tərəkəmə kadındı, bı saj asıf, çörəh pişirir, itdər də sajın yanında oturuflar. Bı qoyunun peyininnən də belə sajın altına eliyir, elə orda yağ kimi əriyir, bı da çörəyi sajın üsdə pişirir. Ta odun yox, bir şey yox. Orda ancağ eleydi, ancağ qoyunun peyiniynən çörəyi bişərdi (qoyunu böyüh arxaşa salardılar, süpürgeynən çalıf komalayardılar onu, sonra necə qaz yana, o formu yağda əriyirdi). Bı Səmət atır sözü. Deyir, çoban qonağı olejeyih? Deyir ki, hə. Deyir ki, ay ana, sən Allah, bı itə bı oxləyını vırıfsanmı heç? Səmədin yanındaca belə oxləyi vırır, ay it, dur, aralı get. Belə vırır, çörəyi çöndərir, nəysə, durur bırdan.

Bizdərdə ancax pendir olardı, yağ olardı. Belə şeylərdən dürməhliyif yeyərdilər, dürməh deyirdih. Çox şirin olurdu o. Bıllar gedir nəysə bir bılağın üsdünə, bırda oturuf yeyiv-içillər. Elə olur ku, ta bıllar çıxıf gedir. Çıxıf gedənnən sora bilmirəm qavaxcan Səməd ölür, yoxsa Azaflı ölür. 1956-da Səmət Vurğun ölür, ama Azaflını bilmirəm, onun nə vax öldüyün. Qalır biri, bı genə ikinci dəfə bı yenə qonax gəlir. Deyir ki, ə, bax mən bıra iki nəfər şayirnən qonax gəlmişdim, bı yerdə yedih-işdih, indi bırda heş kim yoxdu. Hə, bı çox fikirrəşir aşağı-yuxarı. Orda çox şeyirrər yazıv, ama onun iki kufleti mənim yadımdadı.


İsdisu kurortu, Ceyran bılağı,

Vurğunun sönməmiş bırda ocağı.

Çatantəh məclisə Vurğun sorağı,

Dedilər, gəlmişih görüşə, dağlar!


Azaflı Mikayıl çaldı, oxudu,

Vurğunnan danışdı, gözümüz doldu.

Dedilər, şair ölməyip, bəlkə yuxudu,

Bəs niyə çatmadı yüz yaşa, dağlar?



SÜCAƏT
Sücayət Nəzakət Məmmədovıya eşq elan elyir. Onun həsrətiynən yazır:

Yaman çətinimış, sənsiz yaşamax,

Könlüm gecə-gündüz ağlar, qayıt, gəl.

Sevəni bir gündə yüz yol öldürür,

Sənsiz ötən günlər, çağlar, qayıt, gəl.
Demə, keçən-keçif, olan-olufdu,

Vax gəlif, boşalan təzdən dolufdu.

Sən gedənnən saralıfdı, solufdu,

Gül aşmır bağçalar, bağlar, qayıt, gəl.


Həsrətin qəlbimin sarayın sökür,

Gözüm qan ağlıyır, qəlbim yaş tökür.

Sücayət vətəndə qəriblih çəkir,

Qürbətə düşmüşəm çağlar, qayıt, gəl.

Yəni bı, böyüh bir dastan kimidi. Yəni olmuş əhvalatdı da. Elə oluf ku, bıllar bir-birinnən küsülü halda Nəzakət Məmmədova dünyasını dəyişir. Bı bının gəlir, uje qəbrinin üsdünə. Yəni özüynən görüşə bilmir. Gəlir qəbrinin üsdünə, deer:
Dur, əzizim, barışmağa gəlmişəm,

Dözə bilmirəm, dözüm sənsiz qalıfdı.

Öz ocağım öz sinəmi isitmir,

Odum sənsiz, közüm sənsiz qalıfdı.


Bir anayam, ensiz dağa dönmüşəm,

Saralmışam, barsız bağa dönmüşəm.

Bir kimsəsiz, kür uşağa dönmüşəm,

Qan ağlıyır gözüm, sənsiz qalıfdı.


Sücayətəm, şam da mənəm, çırax da,

Sən getmisən, mən qalmışam soraxda.

Yazdıxlarım buza döndü vəraxda,

Şeyirim sənsiz, sözüm sənsiz qalıfdı.


Sücayətin ona aid şeyirrəri çoxdu.


Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin