Sətdər əmi ölməmiş deerdi:
Aşıx, denən simi sarı,
Xalım, de sim sarı.
Başım callat əlində,
Gözüm gəzir Simsarı72.
Mənim adımı orda qoyuflar.
-
Şirvanın ağ alması,
Yeməyə ağ alması.
Qiyamata qalıfdı,
Bizim yaramızın sağalması.
-
Ağdamın ağaşdarı,
Bar gətiməz başdarı.
Bizi yerimizdən eliyənin
Qırılsın qardaşdarı!
-
Mən aşıq, qala-qala,
Bürc örülər qala-qala.
Urvatdan düşər qocalar,
Dünyada qala-qala.
-
Çıxaram Ağrı dağına,
Baxaram cənnət bağına.
Sığınaram İmam Hüseynin
torpağına,
Ölsəm də onnan ölərəm.
-
Gedərəm, yolum dağdı,
Dört yanım güllü-bağdı.
Çəkərəm Hajı Qaramanın
qəhrin,
Necə ki, canım sağdı.
-
Mən aşıq, qoşa dağlar,
Verməyin baş-başa, dağlar.
Yol verin, oğlum gəlsin,
Dönməyin daşa, dağlar73.
-
Apar bazara məni,
Salma azara məni.
Aş belinnən qurşağı,
Ay qardaş, salla məzara məni.
-
Qalanın yolları fərman.
Torpağı cana dərman.
Yardan bir kağız gəlif
Yarı dərt, yarı dərman.
-
Təbriz üsdü güneydi,
Şüşələr dolu meydi.
Yardan bir kağız gəlif,
Tamam ərzi-gileydi.
-
Quşum üşdu çiləhdən,
Qolum düşdü biləhdən.
Mənimki belə düşüf
Çarxı dönmüş fələhdən.
-
Boz atım boza-boza,
Boynunda qızıl qoza.
Bir cüt bajı itimişəm,
Qalmışam gəzə-gəzə.
-
Gəlifdi qonağımız.
Sana gurban canımız.
Əgər mənim əhvalımı bilmağ isdəsən,
Bu da bizim əhvalımız.
-
Bu dağdan aşana,
Qanı çoşub gələnə.
Baxtavar o bajı-qardaşa
Halallaşıf ölənə.
-
Bu dağlar, kərəm dağlar,
Gülü yox dərəm, dağlar.
Ürüzgar belə keşsə,
Ürəyim vərəm bağlar.
-
Bu gecə ayazdımı?
Bulud yox, ayazdımı?
Al qələmi əlinə,
Gözəli gözələ yaz.
-
Xırda-xırda kələmnər,
Budu, gəlir sənəmnər.
Ana, fikir eyləmə,
Belə yerdə qalan vərəmnər.
-
Gəl gedəh Başyurda74.
Ayaq yurda, baş yurda.
Gedən olsa, mənnən
Salam söylə Başyurda.
-
Müxəh əhdim, dərd oldu,
Sözüm xana ərz oldu.
Əlimi elə üzdüm,
Ölüm mana fərz oldu.
-
Əlində nar dilimi,
Tutufdu nar dilimi.
Götürdü üzüün pərdəsin,
Aşdımı lal dilimi?
-
Əlində sini durur,
Ləngəridür, sini dur.
Sana gələn qadanı
Mən alım, sən geri dur.
A bala, urəyın xarav olar e.
-
Ələhdə var barama,
Əl vurma yarama.
Bacım çırağı tutsun,
Anam baxsın yarama.
-
Dağlar marala qaldı,
Otu sarala qaldı.
Soyux bulax, göy çəmən,
O da marala qaldı.
-
Gəlin, saşdı gəlin,
Gədihdən aşdı gəlin.
Yüz dövran eliyif,
Axırı puşdu gəlin.
-
Konulum ana isdiyir,
Yana-yana isdiyir.
Bir mən olam, bir anam
= Dolu ürəhli, çoxlu gileyli
Xəlvətxana isdiyir.
-
Gözdərim ağlağandı,
Yaş yeri dolu qandı.
Gedim dərtdi yanına
Görüm kim ağlağandı?
-
Bu gələn el yoludu,
Qoy gəlsin, el yoludu.
Təpəm bulud oynağı,
Gözdərim sel yoludu.
-
Bu gələn yol oleydi,
Dört yanı kol oleydi.
Öldüreydi bajısı ölənnər özünü,
Mana da yol oleydi.
-
Bulağın başıynən,
Divinin daşıynən.
Balama qurban, yol bilmədim, iz bilmədim, əvin tanımırdım, sahat dörtdə üsdümə bir xəvər gəldi,
Getdim bajı görmağa,
Gözümün yaşıynən.
-
Bağda bulum xəvəri,
Kimnən bilim xəvəri?
Duman, sən bir balanın canı, Tafdix75, sən bir balanın canı, dədəm-nənəm ölüfdü,
Kim kimə verə bilər
Belə zulum xəvəri?
-
Ürəyimdə yara var,
Üsdə xal-xal qara var.
Təbif gəlsin baxsın,
Bəlkəm, ona çara var.
-
Aşıx deynən Qarabağı,
Yovşandı Qarabağı.
Tehran cənnətə dönsə,
Yaddan çıxarmaz Qarabağı.
Dolu ürəhlər boşaldı, a qızım.
-
Barmağında üzügə,
Barmağı tər nazigə.
Elə günə düşmüşəm
Görən deyir yazığ a.
-
Əlində gəvən yandı.
Od tüşdü, gəvən yandı,
Qırılıf bajı-qardaşım, adın çəhmə
Gör mənim haram yandı.
Oonçün deyirəm, məni tərpətmə.
-
Dərya qırağında fənaram mən,
Alışıf yanaram mən.
Hər sözü demə,
Arifəm, qanaram mən.
-
Bağda üzüm ağacı,
Yola düzüm ağacı.
Bağa baltalı girdi,
Kəsdi bizim ağacı.
-
Əlimdə nar bəzərəm,
Narı hamar bəzərəm.
Ölüf qəşəh bajilərim, Hər
barmağı bir keşələ, Biri hey
leydi. Biri də qabağı bülbül
maşınlı, əli polat qayçili.
Onunçün xal gəzərəm.
-
Yaralandım yanımnan,
Quşdər doymaz qanımnan.
Elə günə qaldım ki,
Bezar oldum canımnan.
-
Kağız, səni at eylərəm,
Poşda amanat eylərəm.
Gözdərəm, cavavın çıxmaz,
Gör nə qıyamat eylərəm.
-
Bunu da sana deyirəm.
Əlimdə şüşə.
Qorxuram düşə.
Mehman olmuşam
Bir qızıl dişə.
(Gülür – top.). Bayaxdan
ancax dərtdilərini deyirdim. Bu da sana olsun.
-
Qırmızıdı yasdığımız,
Əl Qurana basdığımız.
Gəl oxunax bajı-qardaş,
Baş tutmadı dosduğumuz.
-
Qızıl üzüh saxladım,
Barmağımda laxladı.
Qurban olum anama,
Yarımı qonax saxladı.
Hindi onnarın (evdəkiləri nəzərdə tutur – top.) yanında dəyə bilmirəm. Qoy, fikirrəşim birəz.
-
Dəlidağ dağ oleydi,
Dört yanı bağ oleydi.
Mənim bu günümdə
Anam sağ oleydi.
-
Mən səni el bilirdim,
Başimdə tel bilirdim.
Uca dağlar başında
Qurumaz göl bilirdim.
= Uca-uca zirvələrdə,
Bir bulanmaz göl bilirdim.
-
Bu maydan, telli maydan,
Arpası hilli maydan.
Bir belə dərd çəkirsən, niyə
ölmürsən?
Ay başı küllü, maydan.
-
Bu maydan, nazdı maydan,
Arpası tozdu maydan.
Niyə ölüf kutarmırsan?
Ay üzü sözdü, maydan.
-
Gəl gedax Daş bulağa,
Suyu sərxoş bulağa.
Birin sən de, birin mən,
Tökax qan-yaş bulağa.
-
Evlərinin dalı dalda,
Bulud oynar sağı, solda.
Məni yola salın gedim,
Bajımın gözü yolda.
-
Su gəlir axa-axa,
Daş-qaya yıxa-yıxa.
Eləcə dərd çəkirəm,
Qalmışam baxa-baxa.
-
Aşıx deyər, vay dərdim.
Vay dərmanım, vay dərdim.
Xax gül əhdi, gül dərdi,
Mən gül əhdim, vay dərdim.
-
Bı yol Cavada gedər,
Aşər Cavada gedər.
Uçər meylimin quşu,
Gör nə havada gedər.
-
Aşıx deyənim yoxdu,
Al-yaşıl geyənim yoxdu.
Yüz il bir yana gedəm,
“Gəlmədi” deyənim yoxdu.
-
Göynən gedən qu məni,
Görən neynir bı məni?
Dəsmalın kəfin eylə,
Göz yaşınnan yu məni.
-
Aşıx de, şamda mələr,
Quzu da şamda mələr.
Bırıya bir nər yıxılıf,
Bajəsiz damda mələr.
-
Sən mənim əmilərim,
Köşəndə zəmilərim.
Kööşənə əli çinni girdi,
Göy bişdi zəmilərim.
-
Bu səfər də qızdara deyim:
Ağ çit tuman köbəsinnən alejam
Hər nə desən, fısdırıxda qanejam
Qaş altdan göz eyləmə,
Arifəm, qanajam.
-
Kavavın gözəl dadı,
Yemə, gözəl dadı.
Heş sənnən ayrilmıyeydim,
Sənin o gözəl dadın.
-
Dərya, sənnən kim keşdi?
Kim qarğ oldu, kim keşdi?
Hücürana körpü düşdü,
= Didən doldu yaşınan,
Xəyalınnan kim keşdi?
-
Qızıl alma diyirrəndi,
Gəldi yasdığa dayandı.
Yasdığının divin basdım,
Qoynuna girməhdi qəsdim.
-
Ağdamın ağaşdəri,
Bar gətirməz başdəri.
Səni mənnən eyliyənin
Qırılsın qardaşdəri.
-
Göynən gedən alabaxda,
Qanatdarı taxda-taxda.
Səni mənnən eyliyən
Qan qussun laxda-laxda.
Kaş ki, huşümə gələn vaxdı
yanımda oluf yazasan.
-
Bağa girdim əzəldən,
Dəsdə tutum xəzəldən.
Bilseydim bevafasan,
Bel bağlamazdım əzəldən.
-
Gülü dəsdə bağlaram,
Yığıp, dəsdə bağlaram.
Sən yadıma düşəndə,
Asda-asda ağlaram.
-
O qədər xəsdə mənəm,
Dərdi dərt üsdə mənəm.
Gözü qapı kölgəsində,
Qulağı səsdə mənəm.
-
Bı gələn yaz ayləri,
Mən deyim, sən yaz ayləri.
Yar on günə vax verifdi,
Sana, gəlsin tez ayləri.
-
Əziziyəm, qızaranda,
Dan yeri qızaranda.
Qalsa da, qız qalsın,
Qalmasın oğlan Aranda.
= Qalsam da mən qalım,
Qalma sən Aranda.
-
Göyərçinim uşdu, gəl,
Dos bağına düşdü, gəl.
Yaxşı günün qardaşı,
Yaman günüm düşdü, gəl.
-
Göydə göyərçin ağlar,
Yerdə bildirçin ağlar.
Sən yadıma düşəndə
Başımda saçım ağlar.
-
Bıralara qar yağar,
Dolu yağar, qar yağar.
Qəbrimi yol içində qaz,
Dos gələr, yolu düşər.
Çoxlu ağlamışam e. Torpağı sanı yaşıyın, bajilərim yadıma düşdü. Bir cüt bajım ölüp.
-
Gəlinnər girdi bağa,
Alnı dəydi yarpağa.
Xəvər verin anama,
Bajim gedif torpağa.
Cavansınız e, dərtdisini demirəm.
-
Ağ əllim, ağ biləhlim,
Əli tərlan tüləhlim.
Sərt qayadan yol eylər,
Mənim əfqan ürəhlim.
-
Gözüm o gəlindədi,
Kəməri belindədi.
Söz deyir, söz eşitməm,
Umur öz əlindədi.
O, Allahdı, hər sözü öz əlindədi.
-
Dağların qarı mənəm,
Gün vırsa, ərimərəm.
Qəbrimi quzeydən qaz,
Dərdim çoxdu (= cavanam),
çürümərəm.
Ürəyim durmur e.
-
Ağzımın dadı bajım,
Könlümün şadı bajım.
Çağırram, tapbıram, Firuzə
deyif çağırram, tapbıram.
Tuturam yadı bajı.
-
Şalım qara boyandı,
Üjü yerə dayandı.
Allahı çağırmaxdan
Ərşdə fələh oyandı.
Nənən dərtdidi, qojədi. İrax
canınnan, elə bil bax yetdi ağaj
irax bajınnan, qardaşınnan,
dədannan, nənannan, bir cüt
əmim oğlu ölüf, bir cüt bajım
öluf, əmim arvadı ölüf, iki
bajım nəvəsi ölüf, bir bajımın oğlu müharibədə itdi,
gəlmədi. Nənaan dərdi çoxdu.
-
Qoy məni el yüsün,
El yüsün, el götüsün.
Qəvrimi qardaş qazsın,
Çiyninə bel götüsün.
Keş ki, ağlamiyeydim. Ağlıyıv ürəymi təmiz boşaltmışam.
-
Aşıx deyirəm, mənnən al,
Sənnən sənəd, mənnən al.
Mən bir dəmirçi tükanı,
Nə alırsan mənnən al.
-
Əlimə saz verdilər,
Onqarın az verdilər.
Yaman çox əlləşmişdim,
Payımı az verdilər.
-
Ağlar sənə dağlar,
Göy geynib sənə dağlar.
Ərzəm yazılı qaldı,
Vermədim sənə, dağlar.
-
Bı yola yol saleydim,
Karvanın bol saleydim.
Bilsəydim ki, ayrılajaxsan,
Boynuna qol saleydim.
-
Aşıx deynən zirəsən,
Zəfəransan, zirəsən.
O günə qurban deyərəm,
Sən qapıdan girəsən.
-
Qızılgül əsdi,
Səbrimi kəsdi.
Sol gözüm sana qurban,
Sağ gözüm mana bəsdi.
-
Qərənfiləm, ya Kərəm,
Qızılgüldən qorxaram.
Desələr bajın gəldi,
Xəsdə olsam, qalxaram.
Dostları ilə paylaş: |