Aşıx Rəhmətulla gedirmiş. Görür ki, sünbülü yığıflar, əyağının küləşiynən başın bişirillər. Onda bayatı çəkir, deyir ki, aşıx bir az zəyif gördü, əyax-başı bişirdi. Bu görür kü, sünbülün əyağıynan başın bişirillər.
Bir də dənçi, dəyirmançı, dəyirmançının arvadı, dənçinin qızı, üş də fətir. Dört adam olur. Elə böl ki, hərəsinə biri düşsün.
Cavab: Onun qızı, bunun arvadı – eyni adamdı.
Bir ağaş var. Ağajın altı, bir tərəfi sudu, bir tərəfi daşdı, bir tərəfi otdu, bir tərəfi çınqıldı. Onun üsdündə ağaşda bir xoruz var. Bı yumurtdasa, yumurtası harıya düşər?
İki nəfər olur, bınnarın ikisin də öldürməlidi şah. Çox yalvar-yapışdan sora deyir ki, yaxşı, birini bağışlayaram, amma bir şərtnən. Hərəsinə bir at verəjəm. Çapsınnar. Kimin atı mənzil başına tez çatsa, onu da öldürəjəm. Hərəsinə bir at verdirir: bir ağ at, bir də qara at verir. Deyir ki, hansı adamın atı ora birinci çatsa, onu mən öldürəjəm. Bınnar da sürməy isdəmillər axı. Gözdüyüllər. Bir sahat, iki sahat... Bı da deyir ki, axşama kimi sürməsaaz, ikinizi də öldürəjəm. Günortuya kimi yatıllar. Bir ağsakqal gəlir, deyir, nə məsələdi? Deyir, belə. Ağsakqal da bıllara bir məsləhət verir, bıllar çapıllar, var-güjdərinnən çapıllar. Ora birinci çatanı şah öldürür, birin bıraxır. Bı nə məsləhət verir?
Cavab: Axı şah demişdi ki, kimin atı birinci çatsa, onu öldürəjəm. Heş birisi də atın çapbax isdəmədi. Düzdümü? Ağsakqal da məsləhət verdi ki, atınızı dəyişdirin, çapın. Axı onda hər kəs canın qutarmağ üçün o biriin atın tez çapajax ki, onun atı tez çatsın.
İki dənə atdı, üzbəüz axurda dayanıflar, arpa yeyillər. Atın biri o birsinə deyir ki, sən gəl o arpannan bir kilo mənə ver, mən sənnən birəz kökəm. Mənim arpamın çəkisi səninkinnən iki qat artığ olsun. Mən sənnən birəz cannıyam axı. O birsi deyir, niyə? Noolsun arığam, mən sənnən də yaxşı yeyirəm, sən öz arpannan bir kilo ayır, ver mana, ikimizinki də bərabər olsun, yəəh. Bılların nə qədər arpası var ki, bu, buna versə, iki qat artır buunku?
Cavab: Birinci atın yeddi kilo, ikinci atın beş kilo arpası var.
Deyir, itin arzusu belə olur ki, yiyəmin yeddi oğlu olsun, maa çörəh atsın, hərəsinin bir loxmasın yeyim, qarnım doysun. Pişih də deyir, yiyəmin yeddi qızı olsun, hamsı da kor olsun, təpəsinə vurum, çörəyi əlinnən alım, yeyim. Gör pişih nə pis arzu eliyir, aaz. Kor olsun e, deyir.
İtə sual verillər, a it, niyə hürürsən? Deyir, qorxduğumnan hürürəm. Deyillər, axı sən itsən, nədən qorxursan? Deyir, bə niyə qorxmuram ki? Mənnən güjdü maa ras gəldi, məni qovar, mən də bəri başdan hürürəm ki, qoy mənnən uzaxlaşsınnar. Bir də ki, it görür ki, sən qorxursan, ona gora saa cumur.
Filankəs başına buynuz alıp.
Filankəs bir əlində od, bir əlində alov gəlir.
Filankəs filankəsə ot yoldurur.
Filankəs qırx atdıynan bazara girməz.
Filankəsin bir gözü aya baxır, biri çaya.
Filankəsin ələyi ələnir, xəlbiri də göydə tavlanır.
Filankəsin sağ yanı ağrıyanda sola dönür, solu ağrıyanda sağa.
Filankəsin toyu küllühdə çalınır.
“Görmədim, bilmədim” min qada savar.
Gərəhsizi saxla, bir gün gərəyin olar.
Gəzdim İranı, Turanı,
Cənnət gördüm buranı.
Gur-gur eliyən qarına arpa çörəyi bəhanədi.
Haq-hesaf var, dinar-dinar,
Baxşeyiş var, tümən-tümən.
Havıya bulut gəldi, vay sarının halına,
Təhnədən çörəh qutardı, vay qaranın halına.
Hər gecəni qədri bil, hər keçəni Xiziri bil.
Xanım qıran qabın səsi çıxmaz.
Xasiyyətini bilmədiyin atın dalına keşmə.
Xaşıl da daşarmış.
Kimsə də deyir, pulum yoxdu, ya çörəyim yoxdu. Bizdə deyərdilər, Şah Abbasın nənəsi təki elə hey sızıldıyırsan. Şah Abbasın nənəsi yəqin ancax sızıldıyırmış. Ona görə.
Kor koru tapar,
Su çuxurunu.
Küsülü qardaş, küsümüz küsü olsun, gəl öküzümüzü yühlüyəh.