Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə223/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   219   220   221   222   223   224   225   226   ...   230
QUŞ UÇDU
– Quş uşdu,

– Hansı quş?

– Qaranquş.

– Neçə dəfə.

– Beş dəfə (Bu say isdənilən qədər ola bilər).

SANAMALAR
1. Üştübidi, ha üştibidi,

Bir kişi mənim dostum idi.

Getdi bazara gəlmədi,

Yaylığımı aldı, vermədi.

Yaylığımın ucu qara,

Göndərdim Peykənpara.

Peykənpardan ağ bala,

Ağ baldan saçağa,

Qızılgülnən pıçağa.

Yeri-yeri, yetim oğlan,

Dalınca ötüm, oğlan.

Vurum sandığ açılsın,

İnci-mərcan seçilsin.

İnci-mərcan fel-feli,

Gəl oxu bizim dili,

Bizim dil Rum dili.

Rumnan gələn atlar

Heyva çiçəyin saxlar.

Çeyvanın qız-gəlini...
2. Üşüdüm, ha üşüdüm,

Dağdan alma daşıdım.

Almacığımı aldılar,

Məni yola saldılar.

Mən yolumnan bezaram,

Dərin quyu qazaram.

Dərin quyu, beş keçi,

Hanı bunun erkəgi?

Erkəh qaya başında,

Ha çağırdım, gəlmədi,

Çiyit verdim, yemədi.

Çiyit qazanda qaynar,

Qənbər bucaxda oynar.

Qənbər getdi oduna,

Qarğı batdı buduna.

Qarğı deyil, qamışdı,

Baş barmağım gümüşdü.

Gümüşü verdim tata,

Tat mana darı verdi.

Darını verdim quşa,

Quş mana qanat verdi.

Qanatdandım uşmağa,

Hak qapısın aşmağa.

Qapıçı qapı toxuyur,

İçində bülbül oxuyur.

Mənnən kiçih qardaşım

Allahın kəlamın oxuyur.
3. Üşüdüm ha, üşüdüm,

Bağdan alma daşıdım.

Almalarımı aldılar,

Mənə cırım çəkdilər.

Mən cırımdan bezərəm,

Dərin quyu qazaram.

Dərin quyu beş metir,

Hanı onun erkəci?

Odu qaya başında.

Hə elədim gəlmədi,

Çiyit verdim, çeynəmədi.

Çiyit qəzəndə qəynadı.

Qənbər qol götüdü,

Bucaxda oynadı.

Qənbər getdi oduna,

Qarğı dəydi buduna.

Qarğı deyil, qəmişdi,

Beş barmağım gümüşdü.

Gümüşü verdim tata,

Tatdan darı aldım.

Darını səfdim quşa,

Quşdan qanad aldım uşmağa,

Hak qapısını aşmağa.

Qəpihçi qəpih toxuyur.

Mənim o balaca qardaşım

Hakqın kəlamın oxuyur.


4. Ekidi, bekidi, bilmirəm,

Laləni dindirmirəm.

Lalə yaman forsdudu,

Çirkinnərin dosdudu.

Hop, hop,

Qızıl top.

Əl, əl, əpənəh,

Əldən düşdü kəpənəh,

Kəpənəyin hamısı,

Yumurtanın yarısı.

Hop, hop,

Qızıl top.


5. Cəhribəyim, dağ çiçəyim,

Sora deyir ki, şam ağacı şatır keçi,

Qum ağacı, qotur keçi.

Haldır dedim, huldur dedim,

Kəhrə dedim, kahrux dedim, çıxdı.

Mutulu, mutulu, dərzi mutul.

Hil atar, qaymax qatar.

Əmim oğlu Mustafa,

Üzüm əyağının altda, harası p..lu Mustafa.

Haldır dedim, huldur dedim,

Çəhmə dedim, çarıx dedim, çıx dedim.
6. Akidi, makidi quş idi,

Zindana qommuş idi.

Zindanın ağaşdarı,

Daş götürən quşdarı.

Çəpər çəhdim, yol aşdım,

Qızılgülə dolaşdım.

Bir dəsdə gül yığmışdım,

Yeəsi gəldi, mən qaşdım.




DİNİ MДZMUNLU ŞEİRLДR
ZİKRLƏR
I mətn

Bəzəhnən (söyləyicinin dediyinə görə, imamların tərifi üçün işlənən sözlərə bəzək deyirmişlər – top.), tərifiynən deyirdlər də, bəy tərifi kimidi o. İmamnarımızın tərifidi.

Deyirih ki, o Həzrət Əlinin adına deyillər e:

Om bir oğlu vardı, bir də atası,

Doludu nurunan onun əzası.

Yəni ki, pramoy demirdilər ki, Həzrət Əlinin om bir oğlu var. Birinci İmammızdı da. Onu elə heylə deəllər. Bu qurban olduğum Əleyhissalama salavat çəkiləndə heylə bəzəhnən deyərmişdər dayna. Bax onu heylə deyirdih. Deyirdilər ki, hər gejə yerə girəndə onu deyəllər, yanı da imamnarın o dünyada adını soruşallar, biz də deyə biləh. Örgənmişəm o vədədən.

Ərəb atlandı bu çilə meydanda,

Məhəmmət şehrinnən tökülən qandı.

Birinci imammız Şahi-Mərdan Əlidi,

İkinci imamı xəbər al, deyim.

Atını minəndə yel kimi əsər,

Yetirər, kafarın boynunu kəsər,

İkinci İmammız İmami-Həsən,

Üçüncü imamı xəbər al, deyim.

Kərbəlada qətl oldu Hüseynim,

Oxudum Quranı, açıldı zehnim.

Üçüncü imammız İmami-Hüseyin,

Dördüncü imamı xəbər al, deyim.

Bahar olcax, dağlar geyər abidin,

Din içində din bəsləyər abidin.

Dördüncü imammız Zeynalabidin,

Beşinci imamı xəbər al, deyim.

Gözdərin ayıldı, sözdəri mayıl,

Müşgülə düşəndə mövlanı çağır.

Beşinci imammız Məhəmməd Baqir,

Altıncı imamı, xəbər al deyim.

Dünyada qürbət etmə, yazıx,

Gəlsə üsdümüzə belə bir azacıx,

Altıncı imammız Cəfəri-Sadiq,

Yeddinci imamı xəbər al, deyim.

Allahın min bir adı var, birisi Azim.

Qəlbimdə oxuyum, dilimdə yazım,

Yeddinci imammız Museyi-Kazım,

Səkkizinci imamı xəbər al, deyim.

Namazı qıl, qoyma qəzaya,

Yəqindi mənşərdə verəllər cəza.

Səkkizinci imammız Qəribi-İmami-İrza,

Doqquzuncu imamı xəbər al, deyim.

Doqquzuncu imamımz Kövsər üsdə gəzən Saqidi,

Onlar gəzən yerrər cənnət baqidi.

Doqquzuncu imammız Məhəmməd Taqi,

Onuncu imamı xəbər al, deyim.

Məkgəyə gedəndə geyəllər ağı,

Sinəmə çəkilif düyünlə dağı.

Onuncu imammız Əliyyən Naqı,

Om birinci imamı xəbər al, deyim.

Səhər-səhər badı-səhər kəs barı,

Sözüm budur, ilahidən kəs qarı.

Om birinci imammız Həsən Əsqarı,

On ikinci imamı xəbər al, deyim.

Müsibənin dağını bürüdü duman,

Müşgülün könlünə gəlmədi guman.

Əvvəlki imammız Şahi-Mərdan Əlidi.

On ikinci imammız Mehdiyi-Sahibi- Əz Zaman,

Dadımıza yetsin hər bir zaman.

Deyir, gərəh ayağa qalxasan onun adı tutulanda.
II mətn

O vax ziyarətə gələnlər zikr eliyirdilər. Deyir, çox yatmax günahdı. Onun üçün olar sabaha qədər oturarmışdar:

Var dağların çiçəyi,

Başında var ləçəyi,

Zikirrərin göyçəyi,

La ilaha illallah.

La ilaha illallahı bir otuz dəfə, qırx dəfə deyənnən sora deyirdi:

Mən İllaha gəlmişəm,

İl illaha gəlmişəm,

Açın dərgah qapısın

=Açın cənnət qapısın,

Bir diləyə gəlmişəm.

Yanı cənnət diləyinə gəlmişəm ki, cənnətə gedəm.

O vax elə adamnar olardı ki, gəlif Çələvi babama deyərmişdər ki, ay Çələvi, qurbanın olum, mən dini ibadətdəri yerinə yetirə bilmirəm. Nağayrım? Bavam da olara bu sözdəri öyrədərdi. Yanı ki, get, səhər-axşam de. Lap əlində işin də olsa, ürəyində oxu. Elə bunnarı oxuya-oxuya soralar namazdarın da qılırdılar.


III mətn

Mənim xalam Əlinin mamasıydı da, sonsuzudu deyə xalam saxlıyırdı. Deyir, bala, Çələvi babamdan izinniymiş o. O qədər işdiyirdi104, o işin dayna, Allahı çağırdı, peyğəmbər əleyhissalamı çağırırdı, yalvarırdı. Deyir, gejə qalxdım, and içir ki, arvat da yatmırdı, dördəcən, beşəcən, zikrini eliyirdi. Deyir, bala, Əli babanın canı hakqı, gördüm, arvat xəlbir kimi göydə bax belə-belə fırranır. Deyir, başımın tükü qabarır deyirəm. Deyir, dedim, mama, nağayrırsan, mama? Deyir, orda gəldi düşdü qaravatın üsdə. And içir ki, bala, dəyirman kimi belə işdiyirdi. Deyir, ağladı, dedi, bala, mənim əvimi niyə yıxdın, bala, mənim əvimi niyə yıxdın? Deyir, dedim, ay mama, qadan alım, ayıldım, gördüm. Qorxdum ku, fırranan nədi, dayna? Gördüm kü, sənsən. Belə-belə deyir, dedi ki, gərəh onu görmüyələr. Bax and içir ki, gözümünən gördüm onu. Zikirri adam heylə olur.


IV mətn

Çələbi babam iş verirmiş. Mürütdərinə iş verirmiş, yəni dini iş deyillər ona. Yəni o iş də zikir eləməhdi, yəni dua eləməhdi, namaz qılmaxdı, ona iş deyillər. Elə bil ki, izinni olur, məsələn, deyir, filan mürüt Çələbi babadan izinni oluf, ya işdi olufdu, iş alıfdı. Söyməzlər ona, hörmət qoyallar. Muxdar (bizim qonşudu) deyir, gejə səsə oyandım, baxdım, gördüm, atam zikir eliyə-eliyə bax belə oynuyur, qalxır havıya. Deyir, qorxdum. Axır ki, çağırdım, dədə, noluf, dədə, noluf? Pərt oldu, döndü maa ki, sən niyə məni zad eliyirsən? Gərəh sən məni görmüyəydin. Bax heylə zikir eliyə-eliyə qalxıllar. Bax belə yanı havada fırranıllar.


ALLAH
Qəlbimdə fikrim Allah,

Dilimdə zikrim Allah.

Allah deyən mağmın olmaz,

Yorulup yollarda qalmaz.

Cəhənnəmin oduna yanmaz.

Sahabət, ya Rəsulallah.



Qojamnan eşitmişəm mən, dədə Qojamnan.
OLMAZ
O əziz Ramazan ayında,

Heç orucu yeməy olmaz.

Ərasətdə, qiyamətdə,

Peyqəmbərdən köməy olmaz.

Qılmırsınız, yatırsınız,

Siz günaha batırsınız.

Hər içkini qatırsınız,

Heylə yeyib-işməy olmaz.


Peyğəmbərin dini batdı,

Ahu-ünüm asimana çatdı.

Olmadı Mehti yatdı,

Belə dərdə dözməy olmaz.


Xankişi deyər, bu sözləri

Qan-yaşa batar gözləri.

İtir peyğəmbər izləri,

Kafır yola dönməy olmaz.


BAĞIŞLA MƏNİ
Qədir Allah, səni deyif gəlmişəm,

Dərgahı-Kübrəya bağışda məni.

Ruhu-aləm, nuri cümlə-kainat,

Məhəmməd-aliyə bağışda məni.


Kərəmilə ol Kərəm kar eşqinə,

Mədəf qıl Əhmədi-Muxdar eşqinə.

Əfv et, cümlə ali-əthar eşqinə,

Pənc ali-əbaya bağışda məni.

Pənc ali-əba o beşdəri deyillər. Həzrəti Əli əleyhəssalam, İmam Həsən, İmam Hüseyn, Fatimeyi Zəhra, Məhəmmət peyqəmbər. Dünya yaranmamışdan qabax Allahın nurunnan, öz nurunnan, öz tərinnən cənnətdə yaradıf buları. Dünya yaranmamışdan qabax bular cənnətdeydi. Allah oları bu dünyada insan tərəfinnən dünyaya gətirdi ki, o insannar deməsin ki, yaradıcı olardı. Beş kimsə deyəndə onnar nəzərdə tutulur.
Üz tutuf gəlmişəm sənə ehsanə,

Baxma elədiyim cümlə üsyanə.

Əhli-beyit məhsuma çahar ərkanə,

Əfsadi-Səfaya bağışda məni.


Kəsmə ümidimi Babil Əhmətdən,

Kərəm qıl, fəzl elə lütvi-şəfqətdən.

Rəhm elə, xilas et məni xəcalətdən,

Rəsulu-Əmbiya bağışda məni.



Əmbiya də peyqəmbər nəzərdə tutulur.
Dini-üqbabə qoyma olum zəlil,

Ənvər Hidayətdə ol mənə dəlil.

Biçarə Yasinəm, olmuşam sayil,

Cümlə övliyaya bağışda məni.



Söyləyicinin dediyinə görə, bu qəzəl Yasin Çələbinin kitabda çap olunmamış qəzəllərindən biridir – top.

Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin