LOĞMANIN TƏƏCCÜBÜ
Deyir, Loğman üç şeyə təəcüblənir. Birinci, deyir, niyə səhərrər ilıx yumurta yeyən adam günüz ulduzdarı görmür? Təəcüplənirəm, deyir. Səhərrər bir ilıx yumurta yeməh gözə o boyda xeyirdi, deyir. Gör ha. İkinci, niyə ölünün əyağını isdi suya qoyanda, ölü dirilmir? Yəni əyağı isdi suya qoymax bütün dərtdərin dərmanıdı, ölünün belə. Loğman məhətdəl qalır ki, bı, niyə dirilmir? Axı dirilməlidi. Üçüncüsü, niyə axşamnarı yumurtanı bərk bişirif yeyən ölmür? Üş dənə şeyə təəcüf qalır da, bı.
SEYİD HƏMZƏ NİGARİ
I mətn
Seyid Həmzə Nigariyə el arasında Şıx Əfəndi deyirdilər. O, deməh, bütün şeyirrərini Seyit Nigari ləqəbiynən yazıfdı. Mənim böyüh babam Alı Çələbiynən, deməh, həmfikir oluflar, dosd oluflar, məsləhdaş oluflar. Bəli, onun da möcüzələri olufdu. Onun möcüzəsi belədi ki, o vax bırda onu hökümət incidir, mollalar incidir Seyit Mir Həmzə Əfəndini. O köçür gedir Türkiyiyə. Türkiyədə Xarput kəndində başdıyır yaşamağa. Türk sultanı bını qəbul eliyir, ümmiyətnən, bının möcüzəsin-zadın görür-eliyir. Deyir ki, yaşa da bırda. Amma sənin hakqında o qədər məhtuplar gəlir ki. Soora ömrünün sonuna yaxınnaşanda min səkgiz yüz həşdat beşinci ildə Amasyada rəhmətə gedir, orda dəfn olunufdu. Hiss eliyir ki, uje ölümü yaxınnaşır, mürütdərinə deyir ki (çoxlu mürüdü varımış), məni aparıv Amasyada dəfn eliyərsız. Hansı ki, Xarput kəndinə də Amasyadan bir həfdəlih yolumuş. O vax da yanı atnan, eşşəynən aparırdılar aparanda. Nəysə o mürütdərdə (bəzisində) şüpə qalır ki, ya seyit, nətəər, bəs bir həfdə ərzində sənin nəşin korrana bilər, qırx dərəcə isdi var. Deyif ki, həşdat ildi Allah, Allah deyirih, əgər yolda məni görərsız ki, nə bilim, nəşim belə olufdu, atın çaya, hara gəldi atın, çıxın gedin. Yanı bı həşdat ildə bı Allah, Allah deyif da, yanı mənim nəşim pozulmaz. Aparıf dəfn eliyillər.
II mətn
Mir Həmzənin oğlunun adı nəydi? Hə, Siracəddin. Bı namaz üsdeymiş. Arvadı gəlif xəbər verir ki, oğlun ölür, Siracəddin. Orda deyifdi ki, Allah, sənin ciyarını yandırsın. Niyə məni bu namazdan, məni Allahdan ayırırsan? Allahın xoş vaxdına düşüf, Siracəddin ölüf. Arvadın ciyarı yanıf.
Dostları ilə paylaş: |