HAL HAQQINDA
I mətn
Hal irəli olufdu. İndi yoxdu hal. Halı mənim qoja nənəmin nənəsi tutufdu. Hal iynədən qorxur. Halın yaxasına iynə sancırmışdar. O arvadın adı Nərgiz oluf. Bı, zahı yatmışımış. Birdən görür kü, hal bajadan yenir. Elə bil ki, halın da (bilmirəm, yazırsan, yazmırsan) iri döşü olurmuş. Birinci görüfdü, döşü sallanır yenişə. İrəli zahı yatanın yanına şişdər qoyurmuşdar da. Belə uju ərdəmir şiş. Halın iri, ala muncuxları varımış. Bı Nərgiz arvad belə ilişdirir, muncuxları tökür yerə. Tökəndə yalvarır ki, Nərgiz nənə, sana heç nə eləmiyjəm, mənim muncuxlarımı ver özümə. Deyir, yen bıraya gəl, verəjəm. Bı yenir gəlir. Bının yanına gələndə gətirir bı bir iynə sancır bının yaxasına. Sancır, yeddi il bınnarda bı qalır. İynəni çıxarda bilmir də, qorxurmuş.
Hal cinsinə az deyəndə çox eliyir, çox deyəndə az eliyir. Bı gedirmiş oduna, deyirmişdər ki, az gəti. Gəlirmiş ki, meşəni yığıf gətirifdi. Çox gəti deyəndə ikijə-üşcə dənə çırpı gətirirmiş. Nəysə, bir gün də bı qızdarnan gedir, indi harıya gedirmişdərsə, gələndə bir qıza yalvarır ki, bını al yaxamnan, verrəm sana bı sancağı. Bını alır yaxasınnan. Alannan soora bı, azad olur dayna, ta qaçır. Gedir, deməli, aralı durur, deyir, ay Nərgiz nənə, çölə çıx! Çıxır. Deyir, Nərgiz nənə, bərəkətimi nəyinizə salım? Deyir, zibilimizə. Elə bilir ki, elə-belə şeydi. Ta demir ki, yağımıza sal, pendirimizə sal, çörəyimizə sal, pulumuza sal, malımıza sal. Mənim bircə qızım var, o göörsən deyir, Nərgiz nənəni dərin getsin (gülür – top.)
II mətn
Bir yoldaşımın maması varıdı, gözəl bir gəlinidi. Bu uşax olanda dedilər, bunu hal apardı. Babam, deer, örkəni getdi gətdi, doladı gəlinin ətrafına. Soruşdum ku, baba, bu nə olan şeydi? Dedi ki, hal qıldan keşmir. Örkən da keçi tükünnən olurdu. Soora getdilər çayı qılışdadılar. Dedilər ki, hal aparanda gedin suya... Soora papağın götürdü həmin gəlinin başına qoydu. Dedih, baba, bu nə deməhdi? Kişi papağın həmin qadının başına qoyanda hal yaxın durmaz, qorxar.
Dostları ilə paylaş: |