MÜQƏDDƏS AĞAC VƏ QUŞLAR
I mətn
Ağaşdarın da möcüzəsi var. Birincisi, bar ağaşdarına balta vırmağ olmaz. Çiçəhli, bar üsdündə olan... Ona balta vırmax günahdı. İkinci də, söyüd ağacı deyillər, müqəddəsdi. Söyüd ağacını ölülərin qoltuğuna da qoyullar. Ölü düşəndə söyüt ağajınnan tajdı, kəsillər belə, qoyullar qoltuğuna ki, qoy gora getsin. Həə, çünkü o bar vermir.
Göyərçini, bir də dağ kəhliyin deyillər. Göyərçin sülh üçündü. Sülhü yaradır. O sülh quşu elə binövrədən peyğumbərrərimizin vaxdında da olup. Sülh quşu var. O sülh quşu da indiki göyərçinnərdi. İndi gülləliyillər onu, səf eliyillər. Sülh quşunu güllələməzdilər. Sülhə ziyannıx vıranın özü yönnü adam dəyil.
II mətn
Qaraağaş möcüzəli ağaşdı. Ağdam rayonunun Qarapirim kəndi var. Bu ağaşdan orda da bitir. Çox yerrərdə bitir. Meşədə də bitir. Amma bu ağac elə bir ağaşdı ki, guya kim nə niyət eliyərsə, nəzir eliyirsə gətirir, ora yaylıx bağlıyır, dəsmal bağlıyır. Niyyəti hasil olur. Gətiriv onun dibində qurban kəsillər. Qaraağaş bax elə bir ağaşdı. Qaraağaş müqəddəsdi, əl vurmağ (kəsməh) olmaz.
İncil ağacı müqəddəsdi. İncil çox qorxulu ağaşdı. Yanı onu kəsməh, qurdalamax günahdı. Deellər, guya əvliyalarımızın, peyğəmbərrərimizin – incil ağacının bitməsində, onun tamında, dadında onların ruhu var, əli var.
III mətn
Dakqu quşunu öldürməy olmaz. Çünki o, insan kimi dil açıf danışa bilir. Onu bizə nənəm keşmişdə belə söylüyərdi ki, bı, insan kimi danışır. “Tut bit” deyir, “Tut, p..x” deyir. Nəysə də. Belə sözdər işdətdiyinə görə ona güllə atmağ olmaz.
Sora tutuquşu deyirih. Biz o quşa güllə atmırıx.
Göyərçin quşunu öldürməy olmaz. Deyirdilər ki, göyərçin quşunun əyağı imamnarın qanına dəyif.
Bizdərdə deyiflər ki, durna quşunu öldürməy olmaz. Fakdı, indi durnanı vırıllar, neyniyillər. Amma düzgün döyül. Çünki o, ən gözəl meyvəni – xurmanı yeyir. Xurma da ki imamnarın meyvəsi sayılır.
Dostları ilə paylaş: |