Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu səDNİk paşa pirsultanli



Yüklə 2,51 Mb.
səhifə21/43
tarix03.01.2022
ölçüsü2,51 Mb.
#51779
1   ...   17   18   19   20   21   22   23   24   ...   43
Başqa bir misal:

Xəstə könlüm yar bəsləmiş, həm dərdi,

Dərd bilməzə demək olmaz həm dərdi.

Bir iyidin yaxşı olsa həmdərdi,

Qışı nurdur, yazı nurdur, yayı nur.105
Bu istedadlı sənətkar cığalı təcnisin də ilk nümunələrini yarada bilmişdir:
Həqiqət bəhrində qəvvasam deyən,

Qəvvas isən gir dəryaya üzhaüz.

Aşıq deyər, üzhaüz,

Sonam göldə üzhaüz.

Qarı düşmən dost olmaz,

Yalvarasan üzhaüz.

Bir mərd ilə ilqarını vur başa,

Namərd ilə kəs ülfəti üzhaüz.

***

Parçalandı gəmim, qaldı dərində,



Mən qərq oldum dənizində dərində,

Aşıq deyər, dərində,

Dayazında, dərində,

Sidqi haqqa düz olan

Hərgiz qalmaz dərində.

Qismət olsa o mövlanın dərində,

Üz döşəyək, səcdə qılaq üzhaüz.

***


Xəstə Qasım deyər, canan can deyər,

Can danışır, can eşidər, can deyər,

Aşıq deyər, can deyər,

Vəfalıya can deyə,

Görmədim hərcayilər,

Cananına can deyə.

Yox vəfalım, can deyənə can deyə,

Bivəfasan, çək əlini, üzhaüz.106


Ustad sənətkar təcnisin yeni növünü yaradarkən musiqinin yeni tələblərinə uyğun olaraq hər bəndi iki yerə bölmüş, aralarında cinaslı, lakin mövzuya bağlı, hər bəndi özlüyündə tamamlayan bir bayatı işlətmişdir.

Mütəxəssislərimizin verdiyi məlumata görə qəzəl-müstəzadların ilk nümunələrinə hələ böyük şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin yaradıcılığında rast gəlirik:


Ey sərvi-səhi, sən gələli seyr ilə bağə,

Sər çəkmədi ərər,

Çox alinəsəblər özünü saldı ayağə,

Qul oldu sənubər.

Sünbül özünü zülfünə bənzətdi nigarın,

Bildi ki, xətadır.

Dağlarda bitər üzü qara, başı aşağə,

Qayğulu, mükəddər.107


Bizcə, Xəstə Qasım da belə qəzəl-müstəzadlarla tanış olandan sonra sazın tələblərinə uyğun olaraq on bir heca ölçüsündə yeni aşıq şeiri yaratmağa başlamış və qoşma-müstəzadın, yaxud ayaqlı qoşmanın binasını qoymuşdur.

Bir çarşıda dörd dərvişə uğradım,

Dördü bir-biriynən eylər ixtilaf.

Dördünün də dili ayrı, dini bir,

İki də biz, onlarınan şəş cahat.

Əsil kainat.

***

Bir şəhərin gördüm padşahını,



Qulun, yasovulun, hər dəstgahını,

Üç yüz altmış altı xoş süpahını,

Onlar bir kişidən istədi sürsat.

Xoş çəkər səffat.

***

Altı, səkkiz, doqquz idi binası,



Otuz cəlalı var, bəyaz sinəsi.

Altı min altı yüz məddü mənası,

Ərəb idi, əcəm idi, türkü tat.

Bir ismə fəryad.

***

Altıdan qırxatan sərgərdan idi,



İki yüz otuzda özün tanıdı;

Altı min altı yüz pasiban idi,

Kimi yahu çəkər, kimi əssalat,

Kim edər fəryad.

***

İki dərya xoş görünmür gözünə,



İki qırx, dörd gəlməz ərin dizinə.

Xəstə Qasımın bu şeirinə, sözünə,

Qazı, molla, müctəhidlər qaldı mat,

Tapmadı kəlmat.108


Əlbəttə ki, bu şeirdən bircə bənd verməklə də kifayətlənmək olardı. Biz ona görə tam verdik ki, şeirin məzmun xüsusiyyəti də aydın görünsün. Xəstə Qasımın qıfılbəndlərindən bir neçəsini Aşıq Ələsgər və onun qardaşı oğlu Növrəs İman açmış, bir sıra qıfılbəndləri isə hələ də bağlı qalmaqdadır:
Bir ov gördüm öz yerində çarasız,

Bədənindən qanlar axır, yarasız.

On beş şey gəlibdi göydən qarasız,

Beşi isyan, beşi üfyan, beşi nə?109


Ümumiyyətlə, Xəstə Qasım şeirləri zəngin həyat müşahidələrinin məntiqi nəticələri kimi səslənir, insanı düşündürür, bədii zövq verir, onun idrakına, şüuruna təsir edir, mənəvi aləmini saflaşdırır:

Bir məclisə varsan özünü öymə,

Şeytana bac verib kimsəyə söymə.

Qüvvətli olsan da yoxsulu döymə,

Demə ki, zorluyam, qolum yaxşıdı.

***


Xəstə Qasım kimə qılsın dadını,

Canı çıxsın, özü çəksin odunu.

Yaxşı oğul yaman etməz adını,

Çünki yaman addan ölüm yaxşıdı.110

Və yaxud:

Alimdən dərs aldım, əlif-bey üçün,

Sürahilər düzülübdür mey üçün.

Dəli könül, qəm çəkirsən nə üçün?

Qəmli günün şad günü var yanınca.111


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin