AZƏRBAYCAN ŞİFAHİ XALQ ŞEİRİ VƏ HECA VƏZNİNİN İNKİŞAF TARİXİ
“TƏKNUR”-2013
AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur. Elmi redaktoru: Şakir Albalıyev
Filologiya elmləri namizədi Rəyçilər: Nizami Cəfərov
AMEA-nın müxbir üzvü, professor
Məhərrəm Qasımlı
Filologiya elmlər doktoru, professor,
Dövlət Mükafatı laureatı Sədnik Paşa Pirsultanlı (Paşayev)
“Azərbaycan şifahi xalq şeiri və heca vəzninin inkişaf tarixi” 482 səh.
“Azərbaycan şifahi xalq şeiri və heca vəzninin inkişaf tarixi” adlı əsərdə Azərbaycan şifahi xalq şeirinin mənzum atalar sözü, mənzum tapmacalar, eləcə də, bayatı və qoşmalar daxilində təkamülü və inkişafı izlənilir. Konkret olaraq aşıq şeirinin XVI əsrdən başlayaraq bu günə qədər şifahi xalq poeziyasında və yazılı ədəbiyyatda mövcud olan növləri və şəkilləri təhlilə cəlb edilir. Bu əsər alimlər üçün, hətta, tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələr üçün əvəzsiz bir şeir yaradıcılığı abidəsi olacaqdır.