|
|
səhifə | 11/41 | tarix | 10.01.2022 | ölçüsü | 1,35 Mb. | | #110529 |
| On dörd hecalılar
Bişə-düşə necəsən? Odun, qurdun parası,
İşə-gücə necəsən? Onu demə, xalası.
Qoyunlu evlər gördüm-qurulu yaya bənzər,
Qoyunsuz evlər gördüm-qurumuş çaya bənzər.
Yaxşılığa yamanlıq-hər kişinin işidir,
Yamanlığa yaxşılıq-nər kişinin işidir.
Mərd ilə yoldaş oldum-dağlar qədər ucaldım,
Namərdlə yoldaş oldum-bircə gündə qocaldım.
Ox kimi doğru olsan-əldə tutarlar səni,
Yay kimi əyri olsan-çölə atarlar səni.
Sevgi çörək deyil ki, qonşularla böləsən,
O elə nemətdir ki, gərək qədrin biləsən.
Dostları ilə paylaş: |
|
|