Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu səDNİk paşa pirsultanli



Yüklə 1,35 Mb.
səhifə25/41
tarix10.01.2022
ölçüsü1,35 Mb.
#110529
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
XVI-XVIII əsrlərdə şifahi və

yazılı poeziyamızda təcnis

a) XVI əsrdə Dirili Qurbani yaradıcılığında təcnis şeir şəklinin görüntüləri
Aşıq poeziyası ilə yazılı poeziyanın əla­qəsindən danışan akademik Feyzulla Qasımzadə burada indiyə qədər işlənməmiş, yerinə düşən gərəkli bir ifadə işlədir. Alim “şifahi aşıq poeziyası”1 ifadəsini işlədir. Aşıq yara­dıcılığı, aşıq sənəti, doğrudan da, folklorumuzun canıdır. Daha obrazlı şəkildə desək, folklorumuzun həyatıdır. Aşıq yaradıcılığı – folklorun yaradıcısı, daşıyı­cısıdır. Hərəkətdə olan aşığın yaradıcılığı canlı folklordur. Bu mənada şifahi aşıq poeziyası ifadəsi yerinə düşür və onun yazılı poeziya ilə qoşa qanad olduğu diqqət mərkəzinə çəkilir.

Aşıq şeirində təcnisin ilk nümunəsinə Dirili Qurbani yaradıcılığında təsadüf olunur. Dirili Qurbaninin təcnisi sadə təcnisdir, onun qoşma variantıdır. Yəni, Dirili Qurbani qoşmanın qafiyələrini cinas kəlmələrdən qurmaqla onun sadə təcnis şəklini yaratmışdır. Demək, təcnisin sadə növü ilk dəfə aşıq şeirimizdə XVI əsrdə meydana gəlmişdir. Elə buna görə də Dirili Qurbanini hələlik aşıq şeirində təcnisin ilk yaradıcısı kimi qəbul etməliyik.

Qurbani öz təcnislərini ustalıqla yaratmışdır. Onun demək olar ki, ilkin tapdığı cinas qafiyələr, sonralar dönə-dönə həm aşıq, həm də bu səpkidə yazan şairlərimizin təcnislərinə dərin təsir buraxmışdır. “Üz indi”, “Yara yüz”, “Bir də yaz” rədifli təcnislərin təkcə adını çəkmək kifayətdir. Məharətlə qoşulmuş bu təcnislərdə həm gözəl cinas qafiyələr, həm də dərin lirizm, böyük məhəbbətin tərənnümü vardır:
Gözəllər yığılıb, qıya baxanda,

Zülfü dal gərdəndə qıya baxanda,

Nigar pəncərədən qıya baxanda,

Ömrümün rişəsin bircə üz indi.


Çox gözəl əlamətdir ki, Qurbaninin cinasları məhz azərbaycanca kəlmələrdən qurulmuş incə qafiyələrdir. O, “Yara yüz” sözlərindən dörd mənada, “bir də yaz” kəlmələrindən dörd, “üz indi” sözlərindən də dörd müxtəlif şeirin məzmununa dərindən bağlı olan cinaslar yarada bilmişdir. Bəndlərin daxilində olan “yar için”, “qıya baxanda”, “göz bulağında” və başqa sözlərin də hər birində üç gözəl cinas qafiyə işlətmişdir ki, onlar aşığın sözə hakimlik məharətini bildirirlər. Məsələn:
Qurbani güldəstə bağlar oxuna,

Sinəm buta, yarın müjgan oxuna,

Bir namə yaz hər divanda oxuna,

Görən deyə, var əllərin, bir də yaz!1


Mən deyərdim ki, Qurbani təcnislərinin şahı “Yara yüz” təcnisidir. Üç bəndlik təcnisin sonuncu bəndində bir aləm yaradır. Bu təcnisdə bir romana sığmayacaq qədər məna dərinliyi var:
Qurbani der: bura gəldim yar üçün,

Kəs ciyərim, doğra bağrım yar üçün,

Yar odu ki, yardan sonra yar üçün,

Zülf dağıda, yaxa yırta, yara yüz!2


“Doğra bağrım yar üçün” deyən aşiq buraya yar üçün gəlmişdir. Bizi daha çox ilgiləndirən həmin bəndin son beytidir:

Yar odu ki, yardan sonra yar üçün,

Zülf dağıda, yaxa yırta, yara yüz!
Yar sevən aşiqin etibarı, etiqadı, sədaqəti hamısı burada cəmləşmişdir. Doğrudan da, adamlar vardır ki, üzə hər cür canfəşanlıq edir. O, əsas deyil. Əsas bu aşağıda deyiləndir. Gərək yar olanda yox, olmayanda zülfünü dağıda, yaxasını yırta, üzünü dırnağı ilə yara. Siz bir mənzərəyə diqqət edin. Sədaqətli bir gözəl yar yolunda nələr etmir. Zülfünü dağıdır, yaxasını çəkib yırtır, əlləri ilə, dırnaqları ilə üzünü yırtır, yaralayır. İnsan bu mənzərəni görəndə həmin gözəlin sevgisinə qəlbən inanır. Ona “əhsən” deyir.

“Oyada məni” adlı üç bəndlik təcnisin birinci bəndinə diqqət yetirək:

Xəstə düşüb qürbət eldə yataram,

Bir kimsənəm yoxdu oyada məni.

O siyah telləri, şirin dilləri,

Salıbdı sönməyən oy, oda məni.1


Qurbani bildirir ki, qürbət eldə xəstə yataram, amma bir kimsəm yoxdu oyada məni. İkinci beytdə qara tellərin, şirin dillərin onu sönməyən oda saldığını bildirir.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin