Bütün bu deyilənlər əsasında «oğuz mifi» anlayışının epistemoloji-kateqorial modelini aşağıdakı kimi müəyyənləşdirmək olar:
– «Oğuz mifi» konkret sintaqmatik mənasında Qara xanın oğlu Oğuz kağan haqqında mif-mətndir;
– «Oğuz mifi» paradiqmatik mənasında oğuzların onların özləri də daxil olmaqla içində yaşadıqları gerçəklik haqqında mifik-kosmoloji təsəvvürlərinin sistemi – dünya modelidir;
– «Oğuz mifi» oğuz türklərinin «Oğuz kağan» haqqındakı mif də daxil olmaqla bütün kosmoqonik, etnoqonik və təqvim miflərinin ümumi tipinin işarəsidir: oğuzlara məxsus olan istənilən mif məzmunundan (tematik kateqoriyasından) asılı olmayaraq oğuz mifidir.
Dostları ilə paylaş: |