Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ



Yüklə 1,24 Mb.
səhifə12/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   8   9   10   11   12   13   14   15   ...   58
Beləliklə, «Oğuznamə» semanteminin kateqorial-epis­temoloji strukturu ilə bağlı aşağıdakı qənaətlərə gəlmək müm­kündür:

«Oğuznamə» vahidi oğuz etnosunu bütövlükdə işa­rələndirən etnokosmik universumdur (oğuz etnosunun söz mo­delidir).

«Oğuznamə» proyeksiyalandırdığı oğuz etnik vahidini bir etnos olaraq şərtləndirən kosmik semantemləri özünə konsentrasiya etməklə etnokosmik işarə bütövüdür (işarə sistemidir).

«Oğuznamə» ilə oğuz etnosunun bir-birinə münasibəti kosmik eynigüclülük (ekvivalentlik) səviyyəsindədir. Oğuz etnosu «Oğuznamə»də bir bütöv olaraq proyeksiyalandığı ki­mi, «Oğuznamə» də müstəqil işarə olmaqla bərabər, eyni za­manda etnokosmosun struktur qatı - səviyyəsidir: «Oğuz» adlı kosmik vahidin zəruri və ayrılmaz qurum üzvü kimi çıxış edir.

«Oğuz» və «Oğuznamə» vahidlərinin struktur birgə­liyi mifik-kosmoloji düşüncədən qaynaqlanır: etnos və onun kosmik proyeksiyası kosmoloji düşüncənin məntiqinə uyğun olaraq dünya modeli və mətn münasibətlərini özündə inikas edir. Oğuz etnosunun özünüdərki (dünya modeli) uyğun mətn­lərdə gerçəkləşir və Oğuznamə belə gerçəkləşmənin ən universal səviyyəsidir.

«Oğuznamə»nin etnosun özünügerçəkləşdirməsinin ən universal səviyyəsi kimi çıxış etməsi onun etnosun kosmik funksionallığının əsasında durmuş müqəddəs bilgini (sakral teoinformasiyanı) ifadə edən ən ilkin struktur səviyyəsi ol­ması ilə bağlıdır.

«Oğuznamə» etnokosmik vahidini oğuz etnosunun universal struktur vahidinə, universum işarəyə çevirən mü­qəddəs bilgi oğuzların ulu əcdadı Oğuz kağanla bağlı ritual-mifoloji informasiyadır;

«Oğuz kağan» - oğuz etnosunu proyeksiyalandıran (inikas edən) dünya modeli (etnokosmik semantemlərin - mənaların paradiqması), «Oğuznamə» - «Oğuz kağan» dün­ya modelini gerçəkləşdirən sözlü mətn universumudur.

– Oğuz etnosunu təsvir dilindən - gerçəkləşmə kodundan asılı olmayaraq, istənilən səviyyədə kosmik universum kimi təqdim edən mətn «Oğuznamə»dir.

– Oğuz etnosunun orta əsrlərdə etnik passionarlığının sonuncu dəfə öz etnokosmik işarəsi - «Oğuz» adı ilə kük­rədiyi çağda tarixi şüurun güclənməsi ilə meydana gələn bü­tün tarix əsərləri «Oğuznamə» eposunun tarixə trans­for­masiyası kimi çıxış edir.

– Orta əsr tarixçilərinin yazdığı oğuznamələr oğuz mi­finin transformativ paradiqmalar sistemi olan «Oğuznamə» eposunun gerçək tarixi statusuna iddiasının sonuncu cəhdlə­rin­dəndir. Həmin tarix əsərlərinin etnokosmik nüvəsini bir­başa «Oğuznamə» eposu təşkil edir.

«Oğuznamə» eposunun dağılması ilə Oğuz mifinin tarixi düşüncəyə öz «Oğuz» (kağan) adı ilə birbaşa «müda­xiləsi» başa çatır və o, etnoepik düşüncənin genetik struk­turuna enərək öz funksionallığını paradiqmatik impulslar və onları gerçəkləşdirən sintaqmatik törəmələr (transforma­siya­lar) şəklində davam etdirir.

– Genealoji modeli işarələndirmək baxımından «oğuz­namə» və «şəcərə» anlayışları uyğun olaraq həm paradiq­matik törəmə, həm də etnosemantik sinonimlərdir.




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin