Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ


- Etnos. - Etnokosmik yaddaşın başlanğıcı (Oğuz xan mifi)



Yüklə 1,24 Mb.
səhifə16/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   12   13   14   15   16   17   18   19   ...   58
- Etnos.

- Etnokosmik yaddaşın başlanğıcı (Oğuz xan mifi).

- Etnokosmik yaddaşın bugünü (oğuznamələr).

Əslində, türkmən molla, şeyx və bəylərinin Əbülqaziyə tarix yaratmaq xahişi ilə müraciət etmələri «klassik» ritual durumudur. Ritual durumunun «klassik» sxeminə görə, kon­fliktin həlli uyğun r i t u a l74, o da öz növbəsində kosmik yaddaşla əlaqəsi olan m e d i a t o r (şaman, kahin, əlaqəçi) tələb edir. Ritualşünaslıqda bu mediator həm də tipoloji-ter­mi­noloji kontekstdə ş a i r adlanır. V.N.Toporov yazır: «Kos­mo­loji çağın başqa ən əhəmiyyətli fiqurlarından biri öz təxəyyülü ilə keçmişlə, «yaradılış zamanı» ilə təmasa girmək vergisinə malik olan ş a i r idi ki, bugünlə və yaradılış günü arasında daha bir ünsiyyət kanalı qurmağa imkan verir... Şair ilahi y a d d a ş ı n daşıyıcısı olaraq bütün kollektivin ənənələrinin qoruyucusu kimi çıxış edir»75. «Şair bütün kai­natı məkan və zaman baxımından tanıyır, hər şeyi öz sözləri ilə adlandırmağı bacarır (onun adları təyin etməsi bununla bağlıdır), dünyanı demiurqun yaratdığı (poetik – S.R.) mətn­dənkənar dünyaya paralel olaraq poetik və mətn baxımından təcəssüm etdirərək (yenidən – S.R.) yaradır»76. «Şair nəinki mif qoruyucusu və yaradıcısıdır. O, həm sırf məzmun, həm də sırf praqmatik planda miflərin şərhçisidir... Şairin şərhində kollektiv tərəfin­dən mənimsənən mif mövcudluğun əsas zid­diyyətlərinin «me­diasiya» yolu ilə həllinin vasitəsinə çev­rilir»77.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin