Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ



Yüklə 1,24 Mb.
səhifə24/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   20   21   22   23   24   25   26   27   ...   58
2. Oğuz türkünün dünya ilə hər cür əlaqələrinin, ya­şantılarının psixi tənzimlənmə strukturu. O, ətrafla olan bü­tün əlaqələrini bu «Oğuz» adlanan psixomodeldən keçirə­rək qavrayır. Bu mənada, «Oğuz» adlanan dünya modeli onun həm də düşüncə vahidi, düşüncə strukturudur. Beləliklə, kos­moloji çağ oğuz türkü Oğuz kosmoobrazı, Oğuz struktur in­va­riantı, yaxud Oğuz sakral presedenti vasitəsi ilə düşünürdü100.

Əbülqazinin «Şəcəreyi-tərakimə»sində «Oğuz» ritual-mi­fo­loji dünya modeli həm diaxron, həm də sinxron aspektləri ilə bərpaya çox ciddi material verir. Bu dünya modeli diaxron hadisə kimi oğuz-türkmənlərin etnik şəcərəsində gerçəkləş­miş­dir. Şəcərənin struktur əsasında «Oğuz xan» diaxron-ge­nealoji modeli durur. «Şəcəreyi-tərakimə»dəki oğuz (türk­mən) şəcərəsi iç qurumuna görə iki struktur qatına malikdir:




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin