Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ



Yüklə 1,24 Mb.
səhifə25/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   21   22   23   24   25   26   27   28   ...   58
1 «Oğuz xan» genealoji modeli.

2. «Oğuz xan» genealoji modelinin oğuz-türkmən et­nosu (etnik kodu) səviyyəsində (etnosun özü olaraq) ger­çəkləşməsi.

Qatların bir-birinə münasibəti işarəvi paradiqmalaşma səviyyəsindədir. Belə ki, şəcərədə «Oğuz xan» genealoji modeli həm «struktur nüvəsi - müqəddəs invariant» kimi qal­maqda davam edir, həm də eyni zamanda antropoloji (et­noqonik) kodla paradiqmalaşır - oğuz türkmən etnosunu b ü t ü n t a r i x i boyunca təşkil edir.



Oğuz genealoji dünya modelinin daha bir səciyyəvi cə­həti onun universal-teokosmik informasiyanın təzahür tiplə­rindən biri olmasında, başqa sözlə, teoinformasiyanın oğuz-türk «mil­li» kodundan gerçəkləşməsi kimi çıxış etməsində üzə çıxır. Belə ki, «Şəcəreyi-tərakimə»də təqdim olunan ge­nealoji sxem­də oğuz-türk şəcərəsi əlahiddə hadisə olmayıb, universal ilahi yaradılış modelinin tərkib hissəsidir. Burada oğuz-türk şəcərə modeli səmavi dinlərin (islam, xristianlıq və s.) genealoji modelləri ilə birlikdə vahid teokosmoqonik mo­deldə birləşir. A.N.Kononovun bölgüsündə də etnokosmik in­formasiyanın bu iki layı (milli və universal səviyyələri) aydın işarələnib:

«- Bibliya xarakterli xəbərlər (Adəm haqqında rəvayətlər);

- Oğuz-türkmən eposuna əsaslanan xəbərlər: bunların əsasında Oğuz və onun törəmələri haqqında rəvayətlər durur;



- əfsanəvi formada bizə gəlib çatan, amma real əsası olan xəbərlər...»101.

Təsnifatda məlumatların məzmunca üç bölümə ayrılması onun etnoinformativ qaynağı baxımından ikili strukturunu - milli (oğuz-türk) və universal («Bibliya xarakterli») olmasını yalnız təsdiq edir. Başlıcası bu olmayıb, oğuz-türkmən şəcə­rəsinin genealoji model baxımından universal teoinfor­masi­yanı yalnız təsdiq etməsi və həmin ilahi bilginin konkret et­no­kos­mik boyasında (kodu ilə) gerçəkləşməsidir. Bu isə ümumtürk etnokosmik düşüncəsinin ilahi kosmoqoniya kon­tekstində teoin­formativ invarianta - teouniversalizmə birbaşa köklən­məsi ilə bağlıdır. Türklər səmavi din olan islamı çox asanlıqla qəbul etdilər. Onların düşüncəsində islam təkallah­lılığı ilə türk təktanrıçılığı monoteist harmoniya təşkil edərək vahid teokos­mik-universal modeldə birləşdi. Dünya tarixinin bu taleyüklü hadisəsi varlığın ilahi funksionalizminin təza­hürü idi.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin