Oğuzmifidüşüncəhadisəsiolaraqtürkmifmetamodelininparadiqmasıdır. Başqa sözlə, oğuz mifoloji mətnləri türk mifologiyasının mətn korpusunun struktur hadisəsini təşkil etdiyi kimi, oğuz mifoloji düşüncəsi də türk mifologiyasının struktur nüvəsində dayanır. Türk mifoloji düşüncəsi ümumi türk etnosunun etnik struktur əlvanlığını özündə mif kodu ilə işarələmiş, inikas etmişdir. Ümumtürk etnosunun etnik struktur əlvanlığı onun mifoloji düşüncəsinin strukturunun təşkilini şərtləndirmişdir. Bu baxımdan, oğuz mifoloji düşüncəsi bir tərəfdən türk mifoloji düşüncə invariantının paradiqması, o biri tərəfdən türk mif metamodelinin tərkibini təşkil etmiş struktur tipidir.